“Biz Putinin nə düşündüynü bilmirik…”

“Nüvə müharibəsi heç kimə sərfəli deyil, ona görə də biz müharibənin tez bir zamanda bitməsini istəyirik”

 

“Rusiyanın Ukraynada törətdikləri Avropa və NATO üçün, bütün dünya üçün təhlükədir”

 

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsinin gedişində nüvə silahını tətbiq  edəcəyi bəlli deyil.

 

Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Andrea Kalan bəyan edib.

 

“Biz Putinin nə düşündüyünü bilmirik, lakin biz Rusiyanın nüvə silahına malik olduğunu bilirik. Nüvə müharibəsi nə Birlləşmiş Ştatlar, nə də dünyanın hər hansı ölkəsi üçün sərfəli deyil, ona görə də biz məhz buna görə Ukrayna ilə işləyirik ki, bu müharibəyə indi imkan daxilində tez bir zamanda son qoyaq”, – o, belə deyib.

 

Batsman ABŞ Dövlət Departanenti nümayəndəsindən soruşub ki, Putin tərəfindən nüvə silahının tətbiq ediləcəyi təqdirdə ABŞ və NATO-nun cavabı necə olacaq.

 

“Mən “nə ola bilər” fikrini şərh etmək istəməzdim. Mən deyə bilərəm ki, ABŞ müxtəlif variantları nəzərdən keçirir, məhz ona görə ki, nüvə müharibəsi baş verə biləcək ən qorxulusudur. Biz öz tərəfdaşlarımızla bunun baş verməməsi üçün çox sıx əlaqədə işləyirik”, – Kalan izah edib.

 

Daha sonra Kalan NATO-nun şərq cinahının gücləndirilməsinin səbəbləri barədə danışıb.

 

“ABŞ NATO üzrə öz tərəfdaşları ilə NATO-nun, o cümlədən ABŞ-ın Alyansın şərq cinahında iştirakını gücləndirmək istəyir. Bu, hazırda, indiki məqamda ilk növbədə vacibdir, çünki biz Rusiyanın Ukraynada etdiklərini görürük və bu, təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün, o cümlədən NATO-nun şərq cinahı üçün, bütün dünya üçün təhlükə törədir. Biz Baltikyanıda, Polşada və başqa ölkələrdə güclənirik”, – Kalan deyib.

 

Onun sözlərinə görə, “hazır olmaq üçün bu ölkələrdə iştirakımızı möhkəmlətmək çox vacibdir”.

 

“Nəyə hazır olmaq üçün?” – Batsman dəqiqləşdirici sual verib.

 

“NATO-nu qorumağa hazır olmaq üçüb, çünki NATO müdafiə alyansıdır. Amma iş orasındadır ki, biz Rusiyanın sonra nə edəcəyini bilmirik. Əgər xatırlasaq, Ukraynaya hərbi müdaxilədən öncə, fevralın 20-21-də biz bu müdaxilənin yüz faiz baş verəcəyini bimirdik, lakin biz bütün tərəfdaşlarımızla buna hazır idik”, – Kalan cavab verib.

 

O, vurğulayıb ki, Alyans ölkələri Rusiya təcavüzünün mümkün daha geniş yayılmasına hazır olmaq istəyir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button