“İndi mənə dəvətlər gəlib, sadəcə Firəngizin məsləhəti ilə seçim edirəm”

“Məhəlləmizdə, evimizin qabağında şəhidlərimizə, ata-anamıza dua oxuduq”

 

“30 ildən sonra ilk dəfə idi Şuşada olurdum, çox həyəcanlı idim. Şuşaya mən, Firəngiz, digər bacı və qardaşımla birgə getdik. Bir anlıq düşündük ki, o vaxt da biz bir idik, bu gün də Şuşaya birgə getmişik. Təkcə yanımızda atamız, anamız yox idi. Onların da ruhları yüz faiz bizim yanımızda idi”.

 

Bunu Moderator.az-a açıqlamasında aktrisa Nərgiz Mütəllimova deyib.

O, daha sonra əlavə edib.

 

“Uzaqdan Şuşanı görəndə sevinc göz yaşlarına boğuldum, sevindim. Bunu demək mümkün deyil ki, mən nələr yaşadım?. Bu dəqiqə Şuşanın ən gözəl vaxtıdır. Evimizin qabağına, məhəlləmizə getdik, şəhidlərimizin, anamın-atamızın ruhuna dualar oxuduq. Bu dəqiqə Şuşada yenidənqurma işləri gedir, adam baxır ürəyi fərəhlənir. İnşallah ki, Şuşa dünyada ən gözəl şəhərlərdən biri olacaq. Uşaqlıq xatirələrim, gənclik illərim hamısı gözümün önündə canlandı. Çox qeyri-adi hisslər idi. Mən Şuşada doğulmuşam, böyümüşəm, oxumuşam. Şuşa mənim üçün təkcə vətənim deyil, həm də müqəddəs torpağdır” deyə aktrisa bildirib.

 

Nərgiz Mütəllimova sənətinə ara verdiyini də bildirib.

“Sənət üçün çox darıxıram. Hər zaman işdə-gücdə olan, sənətini sevən adam əlbəttə istəyir ki, sənətinə qayıtsın. Pandemiya uzun çəkdi, 2 il evdə oturduq. İndi mənə dəvətlər gəlib, sadəcə bacım Firəngizin məsləhəti ilə seçim edirəm. Efirin, setin işıqlarından ötrü çox darıxmışam” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button