“Özbəkistandakı aksiyada jurnalist və blogerlər həbs edildi…”-“Azadlıq”-VİDEO

İyulun 1-də Özbəkistanda genişmiqyaslı etiraz aksiyaları başlayıb. Qaraqalpaqıstan Respublikasının sakinləri etiraza çıxıblar. Konstitusiyaya edilən dəyişikliklərə əsasən, ölkənin ən böyük regionu Özbəkistandan ayrılmaq hüququ ilə bağlı muxtariyyətdən məhrum edilir. Məhz bu dəyişiklik respublika sakinlərinin qəzəbinə səbəb olub.

 

Moderator.az xəbər verir ki, ABŞ-ın “Azadlıq” radisosunun özbək redaksiyası-  “Radio Azattyk” etirazlar barədə yeni məlumatlar yayıb.

 

Qaraqalpaqıstanın paytaxtı Nukus şəhəridir. Məhz orada minlərlə insan küçələrə toplaşıb. Müxalifət etirazçıların hərəkətlərini koordinasiya edir.

 

Bundan başqa, Çimbay və Muynakda da etiraz aksiyaları keçirilib. Şahidlərin sözlərinə görə, ən fəal etirazçılar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılır. Bundan başqa, Konstitusiyaya yeni düzəlişlərə qarşı çıxan yerli jurnalistlər və bloggerlər də həbs edilib.

 

Xatırladaq ki,  gecə saatlarında  Özbəkistanın Daxili İşlər Nazirliyi Qaraqalpaqıstanda qanunsuz keçirilən aksiyanın qarşısının alınması haqda məlumat yayıb. Həbslər barədə məlumat verilməyib.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button