“Poçt xidmətləri ilə bağlı araşdırma üçün…”

 

Moderator.az-a göndərilən açıqlamada deyilir:

 

“İlk öncə “moderator.az” saytına sosial aktivliyi və poçt xidmətləri ilə bağlı araşdırma apardığı üçün təşəkkür edirik. 

 

Bildiririk ki, “Azərpoçt” MMC-nin respublika üzrə 1500-dək poçt şöbəsi vətəndaşlara xidmət göstərir. İlkin olaraq cari təmirin hansı şöbələrdə aparılmalı olduğu araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq şöbələrin siyahısı tərtib olunur və təmirlə əlaqədar görüləcək işlərin həcmi müəyyən edilir. Bu proses müəyyən vaxt tələb edir.

Poçt şöbələrinin siyahısı və görüləcək işlərin həcmi müəyyən edildikdən sonra təmiri aparacaq şirkət seçilir və təmir həyata keçirilir. 

Qeyd edək ki, hazırda “Azərpoçt” MMC-nin bir neçə poçt şöbəsində təmir işləri aparılır. 

 

Yaxın günlərdə Kürdəxanı qəsəbəsində yerləşən AZ1059 indeksli poçt şöbəsində təmirə başlanılacaq və işlərin yayın sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button