“Rusiya Luqansk vilayətini tam ələ keçirsə belə, Donbas üçün “oyun hələ bitməyəcək…”

“Rusiya hərbçiləri qəddar taktikadan istifadə edərək, yaşayış məntəqələrimizi məhv edir”

 

Şoyqu Putinə Luqansk vilayətinin tamamilə zəbt edilməsi barədə raport verib

 

Bazar günü, iyulun 3-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidentinə məlumat verib ki, Rusiya Silahlı Qüvvələri Luqansk vilayətinin ərazisini tamamilə ələ keçirib.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyinin saytı məlumat yayıb.

 

Şoyqu iddia edib ki, Rusiya hərbçiləri üzdəniraq “LXR” hərbçiləri ilə birgə Lisiçansk və qonşu Beloqorovka, Novodrujevsk, Maloryazantsev və Belaya Qora yaşayış məntəqələri üzərində tam nəzarəti ələ keçirib.

 

Ukrayna Baş Qərargahının məlumatına görə isə, Ukrayna Silahlı Qüvvələri Lisiçansk yaxınlığında rusiyalıların hücumunu dəf edib.

 

“Donetsk istiqamətində işğalçılar əsas səylərini Lisiçansk və Verxnekamenka şəhərləri rayonunda cəmləşdirib. Onlar Beloqorovka yaxınlığında hücum əməliyyatlarını həyata keçirib, uğur qazanmayıb, geriyə çəkilməyə məcbur olub”, – Ukrayna Baş Qərargahı iyulun 3-də səhər belə məlumat yayıb.

 

Eyni zamanda Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qayday deyib ki, Rusiya qüvvələri hazırda əldə etdikləri ərazilərdə möhkəmlənir.

 

“Bütün qüvvələr Lisiçanskda cəmlənib, – Qayday özünün “Telegram-kanal”ında yazıb. – Şəhər qəddar taktika ilə hücuma məruz qalıb. Əgər Severodonetskdə bir ay ərzində küçə döyüşlərində salamat evlər və inzibati binalar qalıbsa, Lisiçanskda qısa müddət ərzində bütün inzibari binalar tamamilə məhv edilib. Burada çoxlu hərbçi və silah var və onlar tətbiq edilir. Bu zaman düşmənin döyüş sursatları olan bir neçə ambarı məhv edilib. Onlar xeyli itkilər verib, lakin inadkarcasına irəliləyir. Onlar şəhərdə, həmçinin Verxnekamenskdə möhkəmlənir və yaşayış məntəqələrini məhv etməkdə davam edir”.

 

Qayday əlavə edib ki, Rusiya ordusunun Beliqorovkaya hücumu Ukrayna Silahll Qüvvələri tərəfindən dəf edilib.

 

Ukraynanın müdafiə nazirliyi Şoyqunun Lisiçanskın Rusiya qoşunlarının tam nəzarətində olması bəyanatını təkzib edib.

Bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak BBC telekanalına deyib.

O, həmçinin qeyd edib ki, bu rayonda vəziyyət uzun müddər gərgin olub, rusiyalı hərvçilər fasiləsiz hücumlar həyata keçirib.

 

“Ukraynalılar üçün insan həyatının dəyəri prioritet təşkil edir, ona görə də biz müəyyən ərazilərdən geriyə çəkilə, sonradan onları geriyə qaytara bilərik”, – müşavir bəyan edib. Lakin, onun sözlərinə görə, Rusiyanın indiyədək Lisiçansk üzərində tam nəzarəti yoxdur.

 

Bundan başqa, Sak bəyan edib ki, Rusiya Luqanskı tam ələ keçirsə belə, Donbas üçün “oyun bitməyəcək”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button