“Bunlar hələ ailənin nə olduğunun mahiyyətini dərindən hiss etmirlər…”

“İyirmi il öncə evlənən gənclərin özlərinin həyat haqqında konkret streotipləri var idi. Onlar düşünürdü ki, ailə belə olar, mənim borcum budur. Kənd yerlərində xüsusilə ictimai qınaq güclü idi. Bununla yanaşı, şəriətin burda müsbət təsiri var idi. Amma son otuz ildə bu şeylər çox qarışdı”

 

Bunu Moderator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu ailə quran gənclər haqqında danışarkən deyib. Sosioloq indi insanların dəyişdiyini bildirib:

 

“İndiki gənclərdə o vaxtkı gənclər kimi ailə haqqında fikir aydınlığı yoxdur. Bunlar hələ ailənin nə olduğunun mahiyyətini dərindən hiss etmirlər. Həm də cəmiyyət dəyişib, insan daha çox informasiyanın təsiri altına düşüb. Qabaqlar informasiya indiki qədər rol oynamırdı. Hər bir insanın davranışında dörd mühüm amil rol oynayır. Onlar biri insanın şəxsi xüsusiyyətləri, ikinci düşdüyü mühitdir, üçüncü aldığı informasiyadır və dördüncü isə üstünlük verdiyi dəyərlərdir. İndi isə bu dörd amilin hər birində dəyişiklik baş verib. 

 

İndi boşanmaların sayı artır, arzuolunmaz səviyyədə ailələrdə gərginlik var. Ona görə ki, biz məsələnin həllinə düzgün yanaşmırıq. Ailənin əbədi, əzəli funksilaları var və bunlar min il qabaq da var idi, indi də var. Gərək biz çalışaq ki, bu mürəkkəbləşən, dəyişən cəmiyyətdə hansı işləri görək ki, ailə öz əbədi, əzəli funksiyalarını yerinə yetirsin. Təəssüf ki, məsul təşkilatlar məsələyə bu cür yox, keçmişdəki kimi yanaşırlar. Bunun üçün elmi mərkəzlər ciddi işləməlidir. Təəsüf ki, bizim cəmiyyətdə bu işləri görmürlər”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button