“Gülərin yüksək balla universitetə daxil olması bu son illərdə ən çox sevindiyim xəbər oldu”

Akademik Milli Dram Teatrının aparıcı aktrisası, xalq artisti Məleykə Əsədovanın qızı Gülər yüksək balla ADA universitetinə daxil olub.

 

Moderator.az-a özəl açıqlama verən aktrisa sevinc hisslərini bu sözlərlə bildirib.

“Bu o qədər gözəl bir hissdir ki. Həqiqətən də çox sevindim! Qızım Gülərin yüksək balla universitetə daxil olması bəlkə də bu son illərdə ən çox sevindiyim xəbər və an oldu! Nəhayət ki, əziyyətimin bəhrəsini gördüm! Ömrümü qızıma həsr etmişəm. Bu mənim borcumdur, borcdan da əlavə bu mənim övladıma qarşı çox böyük sevgimdir. Mən həmişə deyirəm ki, övlada böyük sevgi vermək, diqqət və qayğı göstərmək lazımdır. Mən Güləri məktəbdən əlavə xüsusi müəllimlərə də qoymuşdum. Bütün günü elə qızımın arxasınca qaçırdım, fikrim bütünlüklə qızımın təhsili üzərində idi, çox diqqət yetirirdim. Gülər də çox oxuyurdu. Gecə saat 1-ə qədər oxuyurdu, səhər tezdən durub dərsləri ilə maraqlanırdı. Mütləq oxuyan uşaq universitetə daxil olacaq. Qızım ADA məktəbində oxuyurdu, müəllimlərinin də onun üzərində çox böyük əziyyəti olub. Gülər müəllimlərini çox sevib və həmişə böyük hörmətlə yanaşıb. Qızıma təhsil verən bütün müəllimlərə öz təşəkkürümü bildirirəm. Allahıma sonsuz şükürlər edirəm. Hamı bilir ki, Gülər çox dünya görüşlü, ağıllı və savadlı bir qızdır! Qızıma sağ ol deyirəm məni sevindirdiyi üçün! Həyatdan istədiyim üç şey var-Balamın can sağlığı, universitetə daxil olmağı və bir də mərdimazardan uzaq olmağıdır. Balamı hər zaman xoşbəxt, sevincli görmək istəyirəm. Bunlar mənim ən böyük arzularımdır. Onun universitetə daxil olmağı mənim həyatda ən böyük xoşbəxtliyimdir. İnşallah, Allahın izni ilə mənə ömür versin, universiteti bitirməyini də, magistr pilləsinə yüksəlməyini də görüm” deyə xalq artisti bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button