“İnsanı aşağı maaşla işə götürürlər, o da çalışır 13-14 saat işləsin ki, nəsə qazana bilsin…”

“Qəzaları törədən “Prius” sürən sürücü və sürdürən taksi şirkətləridir. Bu qəzalar taksi fəaliyyətindəki nəzarətsizliklərdən və qanunsuzluqlardan əmələ gəlir. İndiyə qədər buna nəzarət etmədilər, aqreqatorların fəaliyyəti nəzarətdən kənarda qaldı. Taksi fəaliyyətinə cəlb edilən şəxslərin hansı şərtlərlə işə qəbulu və neçə saat işləməsi qanunla tənzimlənmir. Onlar da bundan sui-istifadə edirlər”

 

Bunu Moderator.az-a açıqlamasında hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov son zamanlar taksi fəaliyyətində istifadə olunan “Toyota prius” markalı avtomobillərin törətdiyi qəzalar haqda danışarkən deyib. Ekspert bildirib ki, taksi fəaliyyəti sahəsinə nəzarət olunmaması bu cür arzuolunmaz hallara gətirib çıxarır:

 

“İnsanı aşağı maaşla işə götürürlər və o da çalışır ki, 13-14 saat işləsin ki, nəsə qazana bilsin. Ona görə də qaydaları pozurlar, təhlükəli manevrlər edirlər və sonda ortaya təhlükəli mənzərə çıxır. Burda problem taksi fəaliyyəti və onun nəzarətdən kənarda qalmasıdır. Bu, taksi fəaliyyətindən pul qazanan aqreqatorların qurduğu sistemdir. Sürücülər tələsirlər, bir dəqiqə vaxt itirmək istəmir deyə sonda qəza törədib həm insanlara xəsarət yetirirlər, həm də maşınları sıradan çıxır”. 

 

Qeyd edək ki, son bir neçə ayda Bakıda taksi fəaliyyətində istifadə olunan “Toyota prius” markalı avtomobillərin tez-tez qəza törətməsi bu sahənin nəzarətsiz qaldığından xəbər verir. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button