“Onun siyasətindən narazı idim, ona görə də öldürmək qərarına gəldim…”

Kürəyindən iki güllə yarası alan Yaponiyanın sabiq baş naziri aldığı yaralardan vəfat edib

 

Nara şəhərində baş vermiş sui-qəsd nəticəsində xəstəxanaya düşən Yaponiyanın sabiq baş naziri Sindzo Abe aldığı ağır odlu silah yaralarından vəfat edib.

 

Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın “En-eyç-key” telekanalı məlumat yayıb.

 

Ağır yaralanan siyasətçi sui-qəsd yerindən təcili yardım helikopteri ilə Kaşixara şəhərinin Nara tibb universitetinin xəstəxanasına ürək-damar çatışmazlığı vəziyyətində təcili surətdə çatdırılıb, lakin tibb işçiləri onun həyatını xilas edə bilməyib.

 

 

Hadisə yerində həbs edilən 41 yaşlı Tetsuya Yamaqami Sindzo Abenin kürəyinə iku dəfə atəş açıb. O, polisə xəbər verib ki, “Abenin siyasətindən narazı olub və onu öldürmək qərarına gəlib”.

 

Bundan öncə məlumat verilib ki, bu gün Yaponiyanın sabiq baş naziri Sindzo Abeyə hücum edilib. Hadisə 67 yaşlı siyasətçinin yerli Yanato-Saydaudzi stansiyası yaxınlığında Nara şəhərində özünün seçkiqabağı kampaniyasının gedişində küçədə açıq çıxışı zamanı baş verib.

 

Hücum edən cinayət yerində saxlanılıb. Sindzo Abeyə güllə atdığı silah, ehtimal ki, əldə düzəldilib. 

 

Qatilin özü əvvəllər Yaponiyanın dəniz özünümüdafiə qüvvələrində üç il ərzində hərbi hazırlıq keçib.

 

Şəhər yanğın-xilasetmə xidmətinin məlumatına görə, sui-qəsdən dərhal sonra təcili yardım həkimləri Sindzo Abedə odlu silah yaraları, bununla bağlı boynun sağ tərəfində qanaxma və döşünün sol tərəfində dərialtı qanaxma aşkar edib.

 

Xatırladaq ki, Sindzo Abe 2006-2007 və 2012-2020-ci illərdə Yaponiyanın baş naziri vəzifəsində olub. Bu müddətlərdə o, həmçinin Yaponiya Liberal-Demokratik Partiyasının sədri olub.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button