“Bizdə onun təbliğatı zəifdir, ancaq Türkiyədə və Avropada Tutu məşhur pianoçu kimi tanınır”

Tutu xanım bir vaxtlar təhsil aldığı Bulbül adına musiqi məktəbində gələcəyin böyük pianoçusu kimi fərqlənirdi. Biz “Səhər” proqramında şagird Tutunun solo çıxışlarını davamlı işıqlandırırdıq.

Bu gün Tutu Aydınoğlu virtuoz ifaçıdır, İstanbul universitetinin dosenti, həmin univ-n Dövlət Konservatoriyasının solisti, beynəlxalq müsabiqələr laureatıdır. 

 

Bizdə Tutunun təbliğatı bir qədər zəifdir, o səbəbdən az tanınır, amma onu Türkiyədə və Avropanın bir çox ölkələrində məşhur pianoçu kimi yaxşı tanıyırlar.

   

İyulun 12-də Tutu xanımın Filarmoniyada konserti olacaq. Bir çox əsərlərlə yanaşı Pike Axundovanın fortepiano konsertini ifa edəcək və Azər Dadaşovun “Şuşa simfonşyası”nı səsləndirəcək. Böyük sənətkara uğurlar!

Qulu Məhərrəmli, professor

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button