“Ölkəyə hörmət etmək, onunla hesablaşmaq gərəkdir, böyük Rusiya məhz belə olmalıdır…”

“Rusiyanın Ukrayna ilə müharibəsi onun imperiya ambisiyaları və natamamlıq kompleksi ilə bağlıdır”

 

“Kimsə qonşu həyətdən sənin həyətinə dava üçün gəlibsə, sən də qorxub evə sivişirsənsə, sən heç kimsən, səni daha heç bir yerə çağırmayacaqlar…”

 

“Ölkəyə hörmət etmək, onunla hesablaşmaq gərəkdir. Böyük Rusiya məhz belə olmalıdır!..”

 

Medvedev müharibənin gerçək vəzifəsini açıqlayıb:

 

Rusiya ilə SSRİ kimi, ondan da ciddi şəkildə hesablaşmalıdırlar…

 

Rusiya Federasiyasının sabiq prezidenti, hazırda Rusiya Təhlükəsizlik Şurası katibinin müavini postunu tutan Dmitri Medvedev bəyan edib ki, Ukraynada müharibənin məqsədlərindən birinə nail olunub.

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Telegram-kanal”ında yazıb.

 

“Xüsusi hərbi əməliyyat”ın məqsədləri Rusiya prezidenti tərəfindən elan edilib və, məlum olduğu kimi, bu, Donbas vətəndaşlarının qorunmasında, Ukraynanın denasifikasiya və demilitarizasiya edilməsindədir. Burada hər şey aydındır və bu məqsədlərə nail olunacaq”, – Medvedev qeyd edib.

 

“Lakin daha bir vəzifə də var və o, artıq həll olunub. Rusiya ilə əməlli-başlı hesablaşmağa başlayıblar. Necə ki, Sovet İttifaqı ilə hesablaşırdılar.  Hələ nələrdəsə bunu daha ciddi surətdə edirlər. Bu yaxınlaradək vəziyyət başqa cür olub. Bizim  G8-də iştirakımızı xatırlayıram, o zaman bizi Qərb ölkələrinin iqtisadi və bəzən müdafiə məsələlərinin mazakirə edildiyi “yeddilər”in görüşünə, sadəcə, çağıran olmayıb”, – Medvedev deyib.

 

Beləliklə, Medvedev bir çoxlarının şübhələndiyi və bu günədək Rusiya rəhbərliyinin susduğu məsələni təsdiq edib: Ukrayna ilə müharibə Rusiyanın imperiya ambisiyaları səbəbindən aparılır və bu müharibə, öz həmyaşıdları tərəfindən xətrinə dəyilən məktəbli kimi, “natamamlıq kompleksi” ilə bağlıdır.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button