Almaniyanın eks kansleri Rusiya ilə əlaqələrinə görə partiya sıralarından xaric edilə bilər…

Bəzən dostluq yaxşı heç nə vəd etmir…

 

“Eks-kansler Rusiyanın maraqlarına lobbiçilik etdiyinə görə vətənində və Avropada tənqidlərə məruz qalıb…”

 

“O, bütün imtiyazlarından və doğma şəhəri Hannoverin fəxri sakini adından məhrum edilib”

 

Almaniyanın sabiq kansleri Qerhard Şreder Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) sıralarından xaric edilə bilər. 78 yaşlı siyasətçi 1963-cü ildən bu partiyanın üzvüdür.

 

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

 

Partiyadaxili proses iyulun 14-də Şrederin doğma şəhəri olan Hannoverdə başlanacaq. 

 

Partiyadan xaric edilməsi üçün partiyanın beş rayon və on iki yerli assosiasiyası sorğu göndərib.

 

Belə sərt tədbirə səbəb olaraq siyasətçinin Rusiya prezidenti Vladimir Putinlə əlaqələri göstərilir. Bu fakt ADDP rəhbərliyini çoxdan qıcıqlandırıb. 

 

Partyanın lideri Lars Klinqbeyl Ukraynada döyüş əməliyyatları başlanandan Şrederlə ünsiyyətdə deyil.

 

Siyasətçinin özü sakit ovqatdadır. Onun vəkilləri hesab edir ki, partiya sıralarından xaric edilməsi üçün qanuni əsaslar yoxdur.

 

Rusiyanın maraqlarına lobbiçilik etdiyi üçün eks-kansler vətənində tez-tez tənqidə məruz qalır. İş narazılıq ifadə edilməsilə məhdudlaşmır. 

 

Şreder özünün bütün imtiyazlarından, habelə Hannoverin fəxri sakini adından məhrum edilib. Bu hal tarixdə yalnız bir dəfə baş verib. Adolf Hitler, o da ölümündən sonra, Aşağı Saksoniya paytaxtının fəxri vətəndaşlığından mərhum edilib.

 

Almaniyanın eks-kanslerindən Avropada da narazılıq var. Avropa Parlamentinin deputatları Şrederin “Rosneft”in direktorlar şurasında öz yerindən imtina etməyəcəyi təqdirdə sanksiyalar siyahısına salmağa hazır olub. Alman siyasətçisi təzyiqlərə tab gətirməyərək Rusiyanın dövlət şirkətini tərk etmək məcburiyyətində qalıb.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button