Belarus xüsusi təyinatlıları Lukaşenkoya açıq şəkildə hədə-qorxu gəlib…

“Bu, təmiz intihar demək olacaq…”

 

“Aleksandr Lukaşenko öz zabitlərinin qiyamına hazır olmalıdır…”

 

“Belarus qardaş Ukraynaya qarşı müharibəyə cəlb edilərsə, sivil ölkələr birliyindən xaric ediləcək və uzun illər beynəlxalq təcridlə üzləşəcək”

 

“Hazırda Belarus Konstitusiyasının birinci maddəsinin kobud şəkildə pozulması müşahidə edilməkdədir”

 

“Belarus vətəndaşlarının əksəriyyəti hərbçilər kimi Ukraynaya qarşı müharibənin əleyhinədir”

 

 

Belarusun xüsusi təyinatlı qüvvələri beşinci briqadasının komandanlığı Belarus prezidentinə açıq məktubla müraciət edib.

 

Xüsusi təyinatlılar Belarus hərbçilərinin Rusiya-Ukrayna müharibəsinə göndərilməsinin əleyhinə çıxaraq, bunu “təmiz intihar” adlandırıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” jurnalı yazıb.

 

“Vladimir Putinin yaxın sılahdaşı, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukraynada müharibəsi ilə razılaşmadıqlarını açıq ifadə edəndən və Belarus əsgərlərinin cəbhəyə göndərilməsi ilə bağlı xəbərdarlıq edəndən sonra öz zabitləri tərəfindən qiyama hazır olmalıdır”, – nəşr belə yazıb və xatırladıb ki, Minsk Kremlə Belarus ərazisində Rusiya qoşunlarını yerləşdirməyə və genişmiqyaslı hərbi təlim keçirməyı imkan verib və bu, əslində, Rusiya qoşunlarının fevralda Ukraynaya hücum etməyə hazırlığı olub. May ayında Belarus, guya, döyüş hazırlığını yoxlamaq məqsədilə öz hərbi təlimlərini keçirib. Lakin Belarus hərbçiləri ehtiyat edir ki, Moskvanın maraqlarını təmin etmək üçün onları qardaş Ukrayna xalqı ilə döyüşməyə göndərəcəklər.

 

“Əgər Belarus Ukraynaya qarşı müharibəyə cəlb edilərsə, o, sivil ölkələr birliyindən xaric ediləcək və uzun illər beynəlxalq təcridlə üzləşəcək. Rusiyanın bizə dost dövlət olan Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin işğalını, həmçinin, Belarusu suveren ölkəyə qarşı tamamilə təhrik edilməyən müharibəyə cəlb etmək cəhdlərini yalnız Belarusun suverenliyini məhv etmək kimi dəyərləndirmək olar. 

 

Hazırda xüsusi təyinatlı qüvvələrin beşinci briqadası Belarus Konstitusiyasının birinci maddəsinin Rusiyanın ali siyasi rəhbərliyi tərəfindən kobud şəkildə pozulmasını müşahidə edir. Birinci maddəyə görə, Belarus Respublikası öz ərazisində aliliyi və tam hakimiyyəti saxlayır. O, həmçinin öz xarici və daxili siyasətində müstəqildir”, – Belarus xüsusi təyinatlılarının müraciətində belə deyilir.

 

Amerika nəşri həmçinin göstərir ki, Belarusda hərbçilər kimi, vətəndaşların əksəriyyəti Ukraynaya qarşı müharibəni dəstəkləmir. “Chatham House” analitik mərkəzinin bu ilin iyun ayında keçirdiyi yeni rəy sorğusuna əsasən, ölkənin yalnız 23 faizi Kremlin siyasəti ilə razıdır. Mart ayında bu rəqəm 28 faiz təşkil edib. Rəyi soruşulanların yalnız 5 faizi Belarus hərbçilərinin qonşu ölkəyə qarşı müharibəyə qoşulmağa borclu olduğunu söyləyib, “Chatham House”-un Belarus təşəbbüsünün direktoru Riqor Astapenya məlumat verib.

 

Bu arada isə Belarus hakiminin rusiyalı həmkarı ilə 40 dəqiqəlik telefon danışığı baş tutub. Dövlət başçıları Kalininqrad tranziti, Ukraynada üzdəniraq “xüsusi hərbi əməliyyat”ı, postsovet məkanında vəziyyəti, Rusiyanın enerjidaşıyıcılarının Avropaya tədarükü, Belarus limanının tikintisi, habelə Belarus və Rusiyanın müdafiə məsələləri və qarşıdakı görüşlərin qrafikini müzakirə edib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button