“Əgər bu terror cəzasız qalacaqsa, dünyanın başqa yerlərində də təkrarlanacaq…”

 “Bu, xalis terrordur…”

 

“Rusiyanın taktikası insanlarımızı şəhərlərimizdən qovmağa, hər bir ukraynalının terrorçu dövlət qarşısında qorxu hissi keçirməsinə yönəlib…”

 

 

 

“Bu, peyvəndlə bağlı olduğu kimidir: başqa xalqlara yardım etməsən, virusun yeni ştammı peyda olacaq və özünün müdafiən səmərəsiz qalacaq…”

 

Bu günə kimi Rusiya Federasiyası Ukrayna şəhərlərinə 2960 raket zərbəsi endirib. Raketlərin  başlıca hədəfi mülki obyektlər olub. Bu, xalis terrordur.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Seulda keçirilən “Asiya liderliyi” konfransı iştirakçıları qarşısında videoformatda çıxış edərkən məlumat verib. Məlumatı prezident Ofisinin mətbuat xidməti yayıb.

 

Zelenski qeyd edib ki, “heç şühbəsiz, bu, taktikadır”.

 

“Rusiyanın taktikası insanlarımızı şəhərlərimizdən qovmağa, hər bir ukraynalının terrorçu dövlət qarşında qorxu hissi keçirməsinə yönəlib”, – Zelenski belə deyib.

 

O, vurğulayıb ki, Rusiya ordusu artlilleriya ilə Ukrayna şəhərlərini “girov götürür”, öz hücumunu elə təşkil edir ki,  onun topları adi yaşayış rayonlarına zərbələr endirə bilsin.

 

Zelenski xəbərdarlıq edib ki, əgər bu terror cəzasız qalacaqsa, eyni şeylər dünyanın başqa hissələrində, başqa ölkələrində təkrarlanacaq, Ukrayna isə ilk hədəf olub.

 

“Ukrayna öz tərəfdaşlarına özünü müdafiə üçün silahla bağlı və terrorçu dövlətə qarşı sanksiyalarla əlaqədar müraciət edəndə, bu, təkcə bizim müdafiəmiz üçün deyil. Bu, elə peyvəndlərlə olduğu kimidir: başqa xalqlara yardım etmirsənsə, virusun yeni ştammı meydana çıxa bilər və özünün müdafiən səmərəsiz qala bilər”, – Ukrayna prezidenti qeyd edib.

 

Zelenski Koreyaya dəstək üçün minnətdarlıq edərək bəyan edib ki, birgə səylərin nəticə verəcəyinə inanır və hərbi yardım üçün xahiş edib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button