“Rusiyanın hər bəyanatından sonra titrəməli deyilik…”-İBRƏTAMİZ

Litva prezidenti Gitanas Nauseda bildirib ki, işğalçı Rusiyanın hər bəyanatından titrəmək olmaz.

 

Moderator.az xəbər verir ki, Litva dövlət başçısı bu mövzuda yerli “LRT” telekanalına müsahibəsində danışıb.

 

“Bu təhdidlərlə onlar artıq bütün Avropa İttifaqını və bəlkə də dünyanın əksər hissəsini özlərindən uzaqlaşdırıblar. Bəli, həmişə belə aqressiv dövlətin dediklərini ciddi qəbul etməliyik, lakin digər tərəfdən, həqiqətən də, onların hər bəyanatından titrəməli deyilik”.

 

G.Nausedanın sözlərinə görə, ilk növbədə müttəfiqlərlə birgə fəaliyyətə yönəlmiş işi davam etdirmək lazımdır.

 

Litva prezidenti müharibədən sonra Ukraynanın bərpasını özünün şəxsi öhdəliyi adlandırıb

 

“İlk növbədə müttəfiqlərimizin diqqətini hansı riskli regionda yaşadığımıza , NATO və Avropa İttifaqının təhdidlərə çox adekvat cavab verməsi və Rusiyanın öz gücünü və möhkəmliyini sınamaqdan ötrü zərrə qədər şirniklənməməsi üçün hər şeyi etmələrinə yönəltməliyik. Başqa sözlə, kollektiv müdafiə qalxanını sınayın”- deyə Litva lideri vurğulayıb.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button