Armen Aşotyan Ermənistanı “Tək təlxəyi Nikol Paşinyan olan sirk” adlandırdı…

Edmon Marukyan erməni vergi ödəyiciləri hesabına maaş alır və məntiqlə, səfir kimi o, beynəlxalq münasibətlərə təsir edən məsələlərdə xarici ölkələrlə işləməlidir.

 

Moderator.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan iyulun 13-də rəsmi Facebook səhifəsində canlı yayımda xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyanın İctimai Televiziyanın efirində müxalifətə verdiyi qiymətləri şərh edərkən bildirib.

 

Müxalifətçi xüsusilə Marukyanın ictimai fəaliyyətinə, daha doğrusu bu fəaliyyətinin neçə faizini özünün bilavasitə fəaliyyətinə həsr etdiyinə diqqət yetirməyi təklif edib.  

 

“Cənab Marukyan hansı beynəlxalq münasibətlərlə məşğul idi? Mən deyəcəm. O, Liberal Demokratlardan partiya dəvəti alıb və bir növ seminarda iştirak edib. Dövlət hesabına o, bir partiya tədbirində iştirak edib. Ancaq əsas problem o olmadığı üçün diqqətimi Edmon Marukyana yönəltməyəcəm. Əsas problem onun sahiblərindədir”, – Aşotyan bildirib.

 

O, Marukyanın açıqlamalarını da xatırladıb. Məsələn, sonuncu qeyd edib ki, Nikol Paşinyan məğlubiyyət simvoludur. Eyni zamanda, bu gün keçmiş müxalifət lideri indiki hakimiyyətin siyasətinə haqq qazandırmağa çalışır.

 

“Müxalifətin institusional olması ilə bağlı gözləntilər isə ən azı gülüncdür. Ermənistanda heç bir qurum olmadığı halda hansı institusionalizmdən danışmaq olar? Yəni eyni qurumların məhv edildiyi bir dövlətdə müxalifət necə institusional işlə məşğul ola bilər? Bu, tək təlxəyi Nikol Paşinyan olan sirkdir”, – Respublika Partiyasının nümayəndəsi bildirib.

 

Müxalifətçinin fikrincə, Ermənistanda diplomatik xidmət, xüsusi xidmət orqanları, müdafiə institutları, dövlət idarəetmə sistemi bərbad vəziyyətdədir. Və bu “geniş qarmaqarışıqlıqda” müxalifəti  heç nə olmamış kimi gəlib parlamentdəki yerlərini tutmağa dəvət edirlər.

 

Aşotyan gileyləndi: “İnsanları nə qədər axmaq hesab etməlidirlər ki, belə cəfəngiyyatlar danışsınlar”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button