Amerika kəşfiyyatının rəhbəri qəfil İrəvana niyə gəldi?

ABŞ-ın Ermənistandakı səfirliyi başda qurumun direktoru Uilyam Berns olmaqla Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndə heyətinin İrəvana səfəri ilə bağlı mətbuatda yayılan informasiyaları şərh etməyib.

 

Moderator.az xəbər verir ki, bu haqda News.am nəşri məlumat yayıb.

 

“Bizim heç bir şərhimiz yoxdur”, – deyə ABŞ-ın Ermənistandakı səfirliyi  Ermənistan saytının sualını mahiyyətcə məlumatı təkzib etmədən cavablandırıb.

 

Qeyd edək ki, Ermənistan mediasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin bu gün səhər saatlarında gözlənilmədən İrəvana gəlməsi haqda informasiyalar yayılıb. Məlumata görə, MKİ direktoru  yüksək səviyyəli görüşlər keçirmək məqsədi ilə gəlib.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button