“Öz tənbəlliklərinin fonunda ancaq yalan yazdırırlar ki, elə görünsün ki, Elnarə də işləmir”

“Əminə Ərdoğan Qarabağ atlarımızın şousunu izlədi, bir nəfər yazmadı ki, “Elnarə Əminə Ərdoğanla eyni tədbirdə” amma yalan xəbərlər yazırlar”

 

 

“Ayrılıq xəbərim şübhəsiz ağ yalandır. Qəribəsi odur ki, görürlər oğlumuzun doğum gününü qeyd edirik. Gördüklərini yazmaq əvəzinə sifarişlə ağ yalan yazırlar. Sadəcə onlara ayıb olsun. Gördüyüm odur ki, bu açıq-aydın qərəzdir”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni Elnarə Xəlilova açıqlayıb. Müğənni daha sonra hər ay yeni işlər təqdim etdiyini bildirib. 

“Elnarə digər yaşıdlarından fərqli olaraq mütəmadi olaraq ayda 1 mahnı, 2 ayda bir klip təqdim edir. Bunu yazmaq lazımdır. Çünki əsl xəbər budur. Yoxsa yalan xəbər nəyə lazımdır? 4 ay öncə musiqisi və sözləri Xanım İsmayılqızına aid olan “Bir də gəl” adlı mahnımızı, 3 ay öncə müğənni həmkarım Samirə xanımla “İnanıram” adlı mahnımızı və klipimizi təqdim etdik. 1 ay öncə “Lətifəmiz” adlı yeni mahnım işıq üzü gördü. Bu mahnının söz və musiqisi özümə məxsusdur. Hələlik sonuncu işimiz isə Bəbir Bəbirli ilə oxuduğum “Necə unudum səni?” mahnısıdır. Elnarə may ayında Londonda idi. Kraliça 2-ci Yelizavetanın hakimiyyətinin 70 illik platinum yubileyinə həsr olunmuş tədbirdə şəxsən iştirak edirdi. Tədbirdə DSX süvariləri və rəqs ansamblının iştirakı, ARAF dəstəyi ilə Qarabağ atlarının möhtəşəm şousunu dünyanın 300-dən çox aparıcı mediaları işıqlandırdı. Bunu bir nəfər burada yazmadı. Halbuki bu xəbər də instaqramda günbəgün paylaşılırdı. İyun ayında Bilal Ərdoğanın rəhbərlik etdiyi Etnospor Kültür Festivalında Əminə Ərdoğan şəxsən gəlib bizim Qarabağ atları şousunu izlədi. Bu xəbəri də səhifəmdə paylaşmışdım. Amma biri yazmadı ki, “Elnarə Əminə Ərdoğanla eyni tədbirdə”. Çünki bu xəbərlər onlara sərf etmir. Birdən Elnarə üçün yaxşı olar. Gördüklərini biri yazmadı. Amma yalan xəbər yazmağa canla-başla hazırdırlar. Çünki bütün bunları həzm edə bilmirlər. Öz tənbəlliklərinin fonunda ancaq yalan yazdırırlar ki, elə görünsün ki, Elnarə də işləmir. Amma elə deyil, Elnarə demək olar ki, dincəlmir. Bilirsiniz ki, El Yaradıcılıq Mərkəzində hazırda Milli Səs Azərbaycanın kastinqlərinə mərkəzimizin bir neçə üzvü iştirak üçün hazırlaşır. Mərkəzin sentyabr ayından etibarən parladacağı ulduzları olacaq ki, buna çox sevinəcəksiniz. Məndən çox olacaq (gülür)” deyə müğənni bildirib.

Elnarə Xəlilova “Hər ay yeni mahnı, klip təqdim etmək sizi yormur? Axı bunun həm də maddi tərəfi var?” sualına belə cavab verib.

 

“Bu işin maddi tərəfini artıq unutmuşam. Demək olar ki, maaşım elə yeni layihələrə gedir. Mənəvi tərəfi isə inanılmaz zövq vericidir. Hər dəfə uşaqların hər biri ilə yeni nəsə bir iş ərsəyə gətirəndə onların gözündəki sevinci görmək elə mənə bəsdir. Duaları yetər” deyə müğənni bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button