“Səhnə geyimlərimi Xəyyam Nisanovun anası mənə Amerikadan gətirirdi…”

“Hər işimi hər zaman özüm görmüşəm, hər əziyyətə qatlaşmışam. Həyata necə başlayırsansa, təməli necə qoyursansa elə də gedir. Heç bir zaman bundan bezməmişəm, yenə də sağa-sola baxıram, 3 övlad böyütmüşəm, ali savad vermişəm. Bütün bunlara baxanda özümü çox xoşbəxt hiss edirəm”

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. O daha sonra əlavə edib.

“Geyimlərimin eskizlərini özüm çəkirəm, dizaynı özüm verirəm. İndiyə qədər bunları mən kiməsə sifariş versəydim nə qədər pul xərcləmiş olardım. Ona görə də bu baxımdan mən nə qədər irəli düşmüşəm. Həm əl işlərim var, həm də geyimlərimi hazırlamışam. Adam var ki, iki çöpü bir-birinin yanına qoyub, məşhur olur. Mən bu qədər gözəllikləri yaratmışam. Düzdü, bir çox insanlar baxıb təəccüblənir. Digərləri isə özlərini boğur, əməyi qiymətləndirmir, dayanıb deyir ki, “nə olsun ee, etmisən”. Həyat dəyişməyib, insanlar dəyişib. Çünki hava, səma, daş-torpaq hər şey yerindədir, amma insanların xarakteri, zövqləri dəyişib” deyə müğənni bildirib.

 

Ruhəngiz Allahverdiyeva geyimləri ilk səhnəyə yenilik gətirdiyini də bildirib.

 

“İlk dəfə barbi dəbini efirə mən gətirmişəm. Məndən öncə heç kim bu geyimdə efirlərə çıxmayıb. Bu geyimləri müğənni Xəyyam Nisanovun anası mənim üçün Amerikadan gətirmişdi. Həm şlyapaları, həm də geyimləri. O vaxt barbi gəlincikləri yeni çıxmışdı, uşaqlar da mənə “barbi” deyirdilər” deyə müğənni bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button