“Yaş senzi Mədəniyyət Nazirliyinin 2016-cı ildəki uğursuz islahatı ilə bağlıdır…”

 

 “Gənclər bizim gələcəyimizdir. Mən istedadlı gəncləri çox istəyirəm. Bizim teatrda isə belə gənclərin sayı həddindən artıq çoxdur. Və inanıram ki, zaman gələcək o, gənclər teatrın itirdiyi uğurları geri qaytaracaqlar”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevimli aktyor Yasin Qarayev deyib. O daha sonra yaş həddi ilə bağlı teatrdan uzaqlaşdırılan həmkarlarından danışıb.

“Yaş senzi ilə bağlı ölkə başçısının sərəncamı dövlət qulluqçularına aid olub. Mədəniyyət işçiləri isə dövlət qulluqçusu sayılmırlar. Milli Məclisdə  incəsənət xadimlərinə aid belə bir məsələ barədə qanun  müzakirə olunmayıb. Bu məsələnin  bizim teatrda baş  tutmasının səbəbi isə 2016 cı ildə Mədəniyyət Nazirliyinin  uğursuz bir islahatı ilə bağlıdır. Belə ki, aktyorlara işdən çıxmaq barədə ərizə yazmaq təklif olundu və heç bir qanun pozuntusu qeydə  alınmadan ərizə yazanlar öz ərizələri ilə işdən azad olundular. Mən isə yarım ştat maaşla hələ ki, teatrda işləyirəm” deyə sənətkar bildirib.

 

Xalq artisti Yasin Qarayev ümumilikdə teatr sahəsinin durğunluq yaşadığını bildirib.

 

“Mən də, çoxları kimi bir durğunluq dövrünü yaşayıram. Ümumilikdə teatr sənəti durğunluq dövrünü yaşayır. Bunun da obyektiv səbələri var. Bildiyimiz kimi dünyaya meydan oxuyan Covid-19 bəlası gələndən bəri dünyada olduğu kimi, bizim ölkədə də teatrlar  bağlandı. Düz iki il sərasər “Evdə qal” kompaniyasına  qoşulan sənət adamları fəaliyyətsizlikdən sənətin “Forma” libasını itirdilər ki, bunun da ağrısını hələ çox çəkəcəyik. Sonra da bu bəla hiss olunacaq sayda, üzdə olan sənətkarlarımızı aramızdan apardı. Və bizi qohum, qardaşlardan gen salıb, xeyirdən, şərdən uzaqlaşdırıb sevincimizi, gülüşümüzü hətta kədərimizi də əlimizdən aldı. Mən hələ də sənət dostlarımla, mərhum insanları itirməyin təsirindən çıxa bilmirəm. Düzdür, müştərək işləmək üçün təkliflərim kifayət qədərdir. Sağlıq olsun, düşünürəm ki, hələlik depresiyadan çıxmaq üçün müəyyən bir zamanı gözləmək lazımdır” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button