“Bunu o qədər içdən yaşayırıq ki, elə başa düşə bilərlər ki, bizim aramızda nəsə sevgi var…”

“Mən işimi, sənətimi çox sevirəm, gündə yeniliklər axtarıram. Filan mahnını belə edim, filan şeyi elə edim. Hər şeyin dərinliyini fikirləşirəm. Bu da məni çox yorur. Dinləyicilərim, sevənlərim çoxdur, onlar məni hər zaman dəstəkləyirlər. Tamaşaçılar bilir ki, mən “7-17” müsabiqəsindən çıxmışam. Bu müsabiqədə saflıq var idi. O vaxt bir mahnı ilə, “Leyla” mahnısı ilə dillərə düşmüşdüm. Bu mahnını yeni aranjmanda oxumaq istəyirəm. İnşallah ki, oxuyacam da”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Aynur Dadaşova deyib. O daha sonra əlavə edib.

“Bir neçə il əvvəl sənətdəm tamamilə geri çəkildim. Demək olar ki, geri dönmək istəmirdim. Hər zaman deyirdim ki, bu şou-biznes çox nömrə birlər gördü, hərənin öz dövranı var, indi də dövran onlarındır. Mən sadəcə yorğunluqdan geri çəkildim. Nə qədər pul qazanırsansa, bir o qədər də xərcləyirsən. Mənə ailədə, heç vaxt heç kim, nə anam, nə atam, nə uşaqlarımın atası deməyib ki, sənətini at. 3 ildir sənətdəyəm, təkrar məndə o yorğunluqlar var” deyə müğənni bildirib.

 

O, daha sonra sənət dostu, duet ortağı Niyam Salamidən danışıb.

 

“Hər zaman duet oxuyanlar arasında bu cür şayələr yayılır. Niyam mənə deyir ki, “ee qızım, qoy desinlər də”. O mənə qızım deyir. Hardasa çıxışımız da olanda deyirəm ki, “mənim dəyərli qardaşım Niyam, xahiş edirəm yalnış fikirləşməyin” (gülür). Duetdə o qədər səhnə performansını içdən yaşayırıq ki, onlar elə başa düşə bilərlər ki, bizim aramızda nəsə sevgi var. Niyam çox gözəl dostdur. İnsanın çətin günündə əsl dostlara ehtiyacı olur. Bax Niyam o dostlardan, qardaşlardandır” deyə müğənni bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button