“Aygün Kazımova, Zülfiyyə Xanbabayeva və Tünzalənin konsertinə bilet alıb gedərəm…”

“Yay ab-havalı yeni mahnımı fotosessiya ilə birlikdə təqdim etdim. Yay ərəfəsindəyik, insanlar açıq məkanlarda dincəlir, xoşlayırlar ki, həm yeyib-içsinlər, həm də musiqiyə qulaq assınlar. Ona görə də açıq havada, istirahət məkanlarında, dəniz kənarında 3-4 konsert verməyi düşünürəm. Pandemiyadan öncə əslində böyük konsert verməyi düşünürdüm, amma qaldı”

 

Bunu Moderator.az-a açıqlamasında məşhur müğənni Günay İbrahimli deyib. O daha sonra istirahətlə bağlı suala cavab verib.

“Avqust ayında ailəmlə birlikdə Bodruma gedəcəyəm. Biletləri artıq almışam. Guya 2 ay öncədən biletləri almışam, amma yenə də bahadır. Hər şeyin qiyməti qalxıb. Biletdir, oteldir. Ailə ilə gedəndə də 2 nəfər getmirsən, 5-6 nəfər gedirsən, büdcə çoxalır. Evdəkilər Bodrumu istədi deyə biletləri ora aldım. Çünki istirahət üçün Türkiyə yaxşıdır. Mart ayı olsaydı Avropa ölkələrini düşünərdim. Ola bilsin ki, sentyabrın sonu da Amerikaya getdim” deyə müğənni bildirib.

“Kimin konsertinə bilet alıb gedərsiniz?” sualına isə müğənni belə cavab verib.

 

“Aygün Kazımovanın, Zülfiyyə Xanbabayevanın, Tünzalə Ağayevanın  konsertinə bilet alıb gedərəm. Niyə getmirəm ki? Ola bilər ki, tədbirim yaxud işim olub getməmişəm” deyə müğənni bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button