“Ali Baş Komandan Avropa Parlamentinin nümayəndələrinə tarix, siyasət və əxlaq dərsi keçdi”

“Müzəffər Ali Baş Komandanın Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin  rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşə 10 dəfə baxdım, 10 dəfə qürur duydum”. 

 

Bunu Moderator.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib. O, Prezident İlham Əliyevin avropalı qonaqlara sözün həqiqi mənasında dərs keçdiyini qeyd edib:

 

“Ali Baş Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin rəhbərlik etdiyi heyəti 4 gün öncə qəbul etdi və onlara tarix, əxlaq, siyasət dərsi verdi. Cənab Prezidentin açıq və gerçəkləri tək-tək dilə gətiməsi qarşısında Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndələri səssiz qaldı və onu tələbə kimi dinlədi. Cənab Prezident son dərəcə diplomatik üslubla və usta bir diplomat tərzi ilə, özündən əmin, savaşda qalib gəlmiş sərkərdə ədası ilə Avropa Parlamentinin yol verdiyi səhvləri tək-tək sıraladı. 

 

Xatırladım ki, hələ 2018-ci ildə baş tutan görüşdə Avropa Parlamenti ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi qərara alınmışdı. Lakin Avropa Parlamenti bu sahədə heç bir aktivlik göstərmədi. 

 

İndiyədək Avropa Parlamenti Azərbaycan əleyhinə əsasız olarq 10-dan çox qətnamə qəbul edib. Bu qətnamələr tamamilə böhtan və yalandan ibarətdir. Cənab Prezident bunu açıq şəkildə qarşı tərəfin diqqətinə çatdırdı. Hətta Avropa Parlamentinin erməni parlamentindən daha sərt qərarlar aldığını söylədi. Avropa Parlamenti Azərbaycanın guya Qarabağda ermənilərə məxsus maddi-mədəniyyət nümunələrini dağıtması ilə bağlı əsassız  qərarlar qəbul etmişdi. Halbuki, bir dəfə də olsun bununla bağlı Qarabağda hər hansı tədqiqat aparmamışdır. Vətən müharibəsindən ilyarım keçməsinə baxmayaraq, ən son mart ayında aldığı qərarla yenə Azərbaycana bir iftira atmışdır. Halbuki, Qarabağa səfər edən diplomatik nümayəndələr, media əməkdaşları şahiddilər ki, Qarabağda Azərbaycana məxsus abidələri, əsər və incəsənət nümunəlrini məhv edən Ermənistan tərəfi olmuşdur. 

 

Cənab Prezident Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədrinə bildirdi ki, söylədiyi fikirlər, ümumilikdə Azərbaycan xalqının düşüncəsidir. Dövlət başçısı bu gün Azərbaycanın bölgədə ədaləti bərpa etdiyi açıq şəkildə bildirdi. 

 

Mən belə bir Prezidentimiz olduğu üçün qürur duyuram və hesab edirəm ki, Azəbaycan xalqının hər bir nümayəndəsi mənimlə eyni duyğunu bölüşür”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button