“Çəkilişləri yarımçıq qoyub getmək istəyirdim, istiyə dözümüm yox idi, Əlixan yaxınlaşıb dedi ki…”-FOTO

“İstedadlı gənclərlə çalışmağı çox sevirəm. “Zəhər tuluğu” filminin çəkilişlərindən çox böyük zövq aldım. Həqiqətən də çox yaxşı kollektiv idi, biri-birini tamamlayırdı. Cəlilabadda çəkilirdim, istiyə dözümüm yoxdur. Oğlum da yanımda idi, dedim ki, “çəkilmirəm, kino çəkilişlərimə son qoyuram, bu istiyə dözə bilmirəm”. Pilləkənləri düşürdüm, Əlixan yaxınlaşıb mənə dedi ki, “Səidə xanım, bizim qış ayında bir işimiz olacaq”. Dedim ki, ssenarini göndərərsən oxuyaram. Üstündən 5 dəqiqə keçmişdi (gülür). Mən başa düşürəm ki, bu mənim həyatımdır, sənətdən gedə bilmərəm. Yaşamağıma yol göstərən, stimul verən sənətimdir”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Səidə Quliyeva deyib.

O daha sonra əlavə edib.

 

“Bəzən deyirlər ki, “Səidə xanım, böyüklə böyüksüz, kiçiklə kiçik”. Mən insanları çox sevirəm, bu da yəqin ki, mənə Allah tərəfindən verilən istedaddır. Ürəyimə, qəlbimə girən insanlardan söhbət gedir. Hər insanı sevə bilmərəm. Bu sevgidən irəli gəlir. Mənə sual verirlər ki, “Pis adam tanımırsan?”. Deyirəm ki, yox. Kimi soruşurlarsa tərifləyirəm. Pis adamlarla oturub-durmuram, mənimki onlarla tutmur. Mənim əgər qanım qaradırsa, onu heç kimə göstərmərəm, hamının problemi var, problemsiz insan yoxdur. Problemlərimi heç kimə bildirmərəm, mənim aləmimdə ən mədəniyyətsiz insan öz problemini başqalarına yansıdan insandır” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button