“Şayiə yayıblar ki, atamın qavalını Zabit Nəbizadəyə satmışam, özü də 10 minə”-FOTO

“Övladlar ata-analarının taleyini bəzən yaşayırlar. Mən tək övlad olduğum üçün yaşamamışam. Anamla-atamın həyatının əvvəli çox çətin olub, müharibə vaxtı tanış olub evləniblər. Amma sonradan həyatları çox yaxşı olub. Atam sənətkar olub, ev-eşiyimiz olub, xan-bəy kimi dolanmışıq. Atam məni ovucunun içində saxlayıb. İndiki vaxta gəlib çatanda görürsünüz ki, necədir də. Qavalın satışa çıxarılmağından görünür ki, sosial vəziyyətimiz nə yerdədir. Atam sağ olsaydı mən heç vaxt bu həyatı yaşamazdım”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib. O daha sonra əlavə edib.

 

“Təxminən 2 həftə bundan öncə bir neçə tanışım mənə dedi ki, “Ay Sədaqət, Hacıbabanın qavalını satmısan?” Dedim ki, “yox, vallah satmamışam”. Gördüm ki, bu sözümə nəsə inanmadı. Özü də söhbət yayılıb ki, 10 minə satmışam, Zabit müəllim alıb. Hətta mənə dedilər ki, bu söhbəti Zabit müəllim özü deyib. Bilirəm ki, Zabit müəllim belə bir söz deməz, bu ağ yalandır. Nə dəf satılmayıb, nə də bir şey. Vallah camaatın işi-gücü yoxdur. Çatsam sizə nə?” deyə sənətkarın qızı deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button