“Rəsulzadə-Elçibəy yolu nə vaxtdan İranın molla rejiminin müdafiəçisinə çevirilib?”

İranın Ali dini rəhbəri Ayətullah Xameneyi başda olmaqla qonşu ölkənin az qala bütün məmur ordusu ayağa qalxıb. Dedikləri odur ki, Azərbaycan Zəngəzuru ələ keçirsə, rəsmi Tehran buna dərhal reaksiya verəcək, yəni Azərbaycana qarşı müharibəyə başlayacaq…

 

Haya-gopa basırlar. İran heç bir halda Azərbaycana müharibə elan edə bilməz. Etsə, özü-özünü məhv etmiş olar. Yəni Güney Azərbaycanda vüsət alan milli hərəkat rəsmi Tehranın nəzarətindən anındaca çıxa bilər. Türkiyənin də bu savaşa qoşulması İranda molla diktaturasını bitirər…

Amma sözüm onda deyil. İranın hədə-qorxu ilə dolu bu kimi bəyanatlarına özünü ana müxalifətin avanqardı hesab edən partiya+lar hər hansı bir münasibət bildirdimi? 

 

Problem ondadır ki, Azərbaycan iqtidarı millətçiləri sudurmağa çalışır. Halbuki yalnız millətçilər şiə fanatiklərin qarşısında dağ kimi dayana bilərlər. Azərbaycan iqtidarı millətçiləri süni şəkildə sudurmaqla özü də bilmədən İranın əlinə işləyir…

 

Müxalifətimiz isə, dediyim kimi, İran əleyhinə bir kəlmə də danışmaq istəmir. Kəlbətinlə də bunların ağzından İrana qarşı bir söz qoparmaq olmur. Danışanda isə deyirlər ki, biz Rəsulzadə-Elçibəy yolu ilə gedirik. Rəsulzadə-Elçibəy yolu nə vaxtdan İranın molla rejiminin müdafiəçisinə çevirilib?

Niyə belədir? Deyim: Bizim müxalifət bulanlıq suda balıq tutmaq sevdasına düşüb. Xam xəyaldır. Azərbaycan müxalifəti indidən İranın-daha doğrusu şiə donuna bürünmüş fars milləçilərinin qarşısında susub. Bunlar iqtidara gəlsə, Azərbaycanı İranın müstəmləkəsinə çevirəcəklər…

Problem ondadır ki, bizim xaqımız siyasi baxımdan son dərəcə passivdir. Öz taleyinə biganədir. Ona görə də ortada siyasi avanturistlər at oynadır…

 

Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button