“Rusiya “qara avqust”un lənətini gözləyir…”- Bəlaların siyahısı…

“Hər şey 1991-ci ilin avqust qiyamı ilə başladı və Putinin fikrincə, “XX əsrin ən böyük geosiyasi fəlakəti” ilə nəticələndi. Ondan sonra da ard-arda getdi…”

“İşğalçıların  vəziyyəti  yalnız Xerson, Melitopol, Donetsk və Luqanskda pis deyil…

İyulun 23-də Soçidə güclü daşqın nəticəsində kurort şəhərciyinin bir çox sakinlərinin əmlakı və avtomobilləri dağılıb. Bir ay əvvəl eyni şəhərdəki təbii fəlakət 8 nəfərin həyatına son qoydu.

Soçidə ikinci daşqından bir neçə gün əvvəl kəpənək sürüsü Ulyanovska hücum edib. Səlahiyyətlilər həmçinin ipəkqurdu tırtıllarının 2000 hektar vilayət tarla sahəsini məhv etdiyini bildiriblər. Ancaq bu, hamısı deyil. Krasnodar diyarı, Yakutiya və digər bölgələrdə də çəyirtkə basqınları var…”

Bunu tanınmış Ukrayna jurnalisti Yevegeniu Rudenko yerli mediada nəşr etdirdiyi “Rusiyada “qara avqust”un lənətini xatırlayıblar və fəlakət gözləyirlər” başlıqlı məqaləsində yazır.

Aktuallığını nəzərə alıb yazının ən əsas məqamlarını Moderator.az oxucularının diqqətinə çatdırırıq:

“Bütün bu xəbərlər Ukraynadakı hərbi məğlubiyyətlər haqqında hələ çox danışılmayan rusları dəhşətli bir hadisə ərəfəsində gərginləşdirir.

“Hələ iyuldur və artıq çox şey olub. Onda görün, avqustda nə olacaq?” – deyə terrorçu ölkənin vətəndaşları sosial şəbəkələrdə xəbərləri müzakirə edərək nəyisə təxmin etməyə başlayırlar.

Avqust Rusiya Federasiyası üçün ənənəvi olaraq xüsusi bir aydır. Qan və qorxu dadı ilə… “Qara avqust” termini hətta rusların kollektiv şüursuzluğunda kök salıb. Tarixin göstərdiyi kimi, onlar üçün birdən çox yayı məhv edən ay…

 

Hər şey 1991-ci ilin avqust qiyamı ilə başladı və Putinin fikrincə, “XX əsrin ən böyük geosiyasi fəlakəti” ilə nəticələndi. Ondan sonra da ard-arda getdi…

 

Avqust ayında baş verən böyük rus bəlalarının siyahısı böyükdür. Onlardan yalnız bir neçəsini təqdim edirik:

– 1998-ci ilin avqustu. Rublun çökməsi və Rusiya Federasiyasında defolt. Elə həmin yay Moskvada qasırğa baş verdi -11 nəfər öldü, 200 nəfər yaralandı…

 

– 1999-cu ilin avqustu. Manejnaya meydanındakı ticarət kompleksində terror aktı  -40 yaralı, bir ölü… Bunun ardınca  payızda Kaşirskoye şossesində (124 ölüm) və Quryanov küçəsində (106 ölüm) yaşayış binalarında partlayışlar baş verib.

 

– 2000-ci ilin avqustu. Moskvada metronun “Puşkinskaya” stansiyası yaxınlığındakı yeraltı keçiddə terror aktı baş verib (13 nəfər ölüb). 

 

“Kursk” nüvə sualtı qayığının məhv olması (118 cəsəd). Ostankino qülləsində yanğın (3 nəfər ölüb).

 

– Avqust 2004. 

 

Domodedovodan havaya qalxan iki təyyarə kamikadzelər tərəfindən partladılır (cəmi 132 nəfər ölüb). Ayın sonunda – avqustun 31-də metronun “Rijskaya” stansiyasında terror aktı baş verib (10 nəfər ölüb, 51 nəfər yaralanıb). Ertəsi gün isə Beslanda terror aktı (300-dən çox ölü, əsasən uşaqlar, daha 600-ə yaxın yaralı).

 

– Avqust 2006. Moskvada Çerkizovski bazarında partlayış (14 nəfər ölüb).

 

– Avqust 2009. Sayano-Şuşenskaya Su Elektrik Stansiyasında qəza (75 ölü).

 

“Avqust lənəti” fenomenini açmağa çalışan Rusiya mediası ilbəil astroloqları, ilahiyyatçıları, numeroloqları, psixoloqları cəlb edirdi. Qanlı hadisələrin izahları fərqli səslənirdi: günəşin fəaliyyətindən və digər kosmik proseslərdən tutmuş qlobal sui-qəsdlərə qədər…

 

Ruslar həmişə dərdlərinin səbəbini başqasında və ya başqa, mistik və naməlum bir şeydə axtarıblar. Bircə öz hakimiyyətlərindən və özlərindən başqa…

 

“Planetlər elə düzülmüşdü” ki, Putin 1999-cu ilin avqustunda İkinci Çeçen müharibəsini başlatdı. Beləliklə, “ulduzlar razılaşdılar” ki, 2008-ci ilin avqustunda prezident Medvedyevin başçılıq etdiyi Rusiya Federasiyasının  Gürcüstanı işğal etdi… 

 

Bu gün isə məhz kollektiv Qərb “günahkar”dır ki, 2022-ci ilin yayında ruslar müvəqqəti olaraq işğal olunmuş suveren Ukrayna torpaqlarında mənasızcasına ölürlər…

 

 

Gürcüstana hücum və  dinc əhalinin öldürülməsi Rusiya Federasiyasında “sülhün mühafizəsi” adlandırılıb.

 

Bu avqustun Rusiya Federasiyası üçün həqiqətən qara olub-olmayacağını çox yaxında başa düşəcəyik. Hər halda düşmən üçün çətin olacaq…

 

Xerson vilayətində qızmar günəş altında təkcə qarpız yetişmir, həm də Ukrayna Silahlı Qüvvələrinin işalçıları qovmaq əzmi də var. Donbasın qaynar çöllərində də bu qətiyyət heç də az deyil.

 

Krımın ilhaqından və başlayan müharibədən sonra, Rusiya Federasiyasının genişmiqyaslı təcaüvüzündən sonra bədbəxtliklər artıq baş verib. Amma yaşadığımız fəlakət bizi saxta, totalitar, imperiya keçmişindən yüksəyə qaldırır. Bu, ukraynalılara öz hərəkətlərinə, siyasi seçimlərinə, torpaqlarına və ölkəsinə görə məsuliyyət daşımağı öyrədir.

 

Lakin Rusiyanın getdiyi fəlakət onu istər-istəməz dibə çəkir. Qarşıda rusları çox qara aylar gözləyir. Və illər…

 

Amma avqust onlar üçün ən qara ay olaraq qalacaq. Hər dəfə avqustun 24-də imperiyaçılar üçün olmayan bir ölkə növbəti müstəqillik gününü qeyd edəcək.

 

İmperatorluğun yox olmasına səbəb olacaq ölkə…”

 

Tərcümə və təqdim etdi:

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button