“Çox çətinlik çəkmişik, tövlələrdə oxumuşuq, bir dəfə də bir ilan bizimlə üz-üzə gəldi və…”

“Yay ayında Qaxın İlisu kəndinə gedirəm, orada balaca bir komam var. 1-2 ay gedib ailə ilə qalıram. Yaxşı suları, təbiəti var. Hamı bilir ki, mən Qarabağda, Ağdamda doğulmuşam. Mənim oylağım, yaylağım Şuşa olub. Ağdamın işğalından sonra çox düşündüm ki, görəsən mənə oranı nə əvəz edə bilər?! Çox yeri gəzdim. Qaxa, İlisuya gəldim, gördüm ki, oranın havası bizə daha yaxındır. Şükür indi Ağdamda quruculuq işləri gedir. İnşallah ki, ora köçəcəyim günü səbirsizliklə gözləyirəm. Ömrümün qalan hissəsini orada yaşamaq arzusundayam”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Babayev deyib. O daha sonra əlavə edib.

 

 

“Allah çox ədalətlidir. Mənə elə gəlir ki, ədalətsiz adamlar yeri-göyü tanımır. İnsanın əməli yaxşı olmalıdır, hamı köçəcək, onun əməli yer üzündə qalacaq. O nə edib, nə pislik, nə yaxşılıq edib? Ona görə öləndən sonra deyirlər ki, filankəs lazımsız adam idi, onun qızı, oğlu nə olacaq?! Əsilli, nəsilli insanlardan əmələ gələn övladlar da hörmətli olur. Uzun illər Milli Konservatoriyada çalışıram. Müəllim kimi də hər zaman obyektiv olmuşam. Bütün tələbələr hamısı mənə hörmətlə yanaşırlar. Tələbə yaxşı oxuyursa, yaxşı qiymət alacaq. Qəsdən tələbəni incitmək olmaz, bu müəllimə yaraşmayan bir haldır. Mən o vaxt Bakıya elə-belə gəlməmişəm. Çox keşməkeşli yollar keçmişəm. Elə vaxt olub ki, tövlələrdə oxumuşuq. Kənddə “Leyli və Məcnun” əsərini oxuyurduq, bir də gördük ki, samanlıqdan bir ilan çıxdı. Həmkarım Narınc xanım çox qorxdu. Dedim ki, qorxmayın, ilan musiqinin səsinə gəlib. Daha sonra mahnı bitən kimi ilan getdi. Arzularım var idi, istəyirdim ki, böyük səhnələrə çıxım. Şükür Allaha arzularım çin oldu. Mən tələbələrə də bunu arzulayıram. İnsan çətin günləri görməsə ona həyat çətin olar” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button