“Ermənistan peyk istehsalına başlamağı planlaşdırır…”

Ermənistan hakimiyyəti ölkədə kosmik peyklərin istehsalını təşkil etməyi planlaşdırır.

 

Moderator.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan bildirib.

 

O bildirib ki, hazırda Ermənistanda peyklərin istehsalı üzrə əsas tərəfdaş kimi İspaniyanın “Satlantis” şirkəti ilə danışıqlar aparılır. Eyni zamanda, nazirin sözlərinə görə, Ermənistan tərəfi digər şirkətlərlə də əməkdaşlığa açıqdır. Nazir aydınlaşdırıb ki, söhbət rabitə peyklərindən getmir.

 

“Bizim peykimiz rabitə peyki deyil, o, Yerin uzaqdan zondlanması üçün peykdir və biz həm də gələcəyi düşünürük, hazırda uzaqdan zondlama peykləri istiqamətində düşünürük”, – deyə nəşr Xaçatryandan sitat gətirir.

 

O, həmçinin yaxın iki ildə Ermənistanın kosmosa ikinci peykini çıxaracağını da bildirib. “İkincisi də şəkil çəkən bir peyk olacaq. Tarixləri deyə bilmərəm, ancaq təxminən 2023-2024-cü illər olacaq”, – nazir bildirib.

 

Xaçatryanın sözlərinə görə, 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılmalıdır. “Artıq iş gedir, tərəfdaşlarımız vasitəsilə biz sifariş vermişik, artıq avadanlıqların tədarükü başlanır, eyni zamanda, təlim proqramları həyata keçirilir, mütəxəssislərin yenidən hazırlanması, yəni ümumi, kompleks işlər aparılır”, – deyə o bildirb.

 

Bundan əvvəl, iyun ayında Ermənistan prezidenti Vaaqn Xaçaturyan da respublikanın hakimiyyət orqanlarının gələcəkdə peyklərin müstəqil istehsalı yaratmağı planlaşdırdığını bildirmişdi.

 

Xatırladaq ki, mayın 26-da baş nazir Nikol Paşinyan bir gün əvvəl Kanaveral burnunda yerləşən kosmodromdan SpaceX gəmisi ilə ABŞ-da orbitə ilk erməni peykinin buraxıldığını da bildirmişdi.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button