“Ruslar artıq Xersondan necə salamat çıxmaq haqda düşünürlər…”- Hərbi ekspert

“Xersonu işğal etmiş rus qoşunları Antonovski körpüsünün qəzalı vəziyyətdə olması səbəbindən şəhəri tərk edərək texnika ilə Dnepr çayının sol sahilinə gedə bilmir. Bu baxımdan ruslar seçim qarşısında qalıb. Çünki hətta pontonun(qurma körpü-S.L.) tikintisi də onlara texnikaları çıxarmağa kömək etməyəcək”.

 

Moderator.az “UNİAN”a istinadla xəbər verir ki, bu fikri yerli “Apostrof” nəşrinə milli təhlükəsizlik üzrə ekspert İvan Varçenko deyib.

 

“Təbii ki, ruslar texnikalarını atıb getməli olacaqlar. Onların texnika ilə çıxmaq şansı olmayacaq. Çünki Antonovski körpüsündən tank keçməyəcək. Və o da bəlli deyil ki, zirehli transportyor və ya piyada döyüş maşını keçəcək, yoxsa yox. Onlar orada hansısa alternativ qurğular, məsələn, ponton keçidinin parçalarını qoymaq istəsələr də, bu körpünün üstündə və ya başqa beton konstruksiyalarla oradan keçməyə çalışsalar belə, bu o demək deyil ki, körpü qəza təhlükəsi altında deyil” – deyən ekspert düşmən texnikasının yəqin ki, Dneprə düşəcəyini və rusların bunu başa düşdüyünü ehtimal edib.

 

Onun sözlərinə görə, işğalçılar kiçik qruplar halında Dnepr çayının o biri tərəfinə keçməyə cəhd edə bilərlər. “İndi düşmən məhz Xersonu necə tərk etmək barədə düşünür, – deyə İ.Varçenko əlavə edib. 

 

“Ona görə də başa düşürəm ki, bu, Ukrayna torpaqlarını fiziki olaraq tərk etmək imkanı olmayan kifayət qədər sayda hərbi əsirləri tutmaq üçün yaxşı və uğurlu bir Ukrayna əməliyyatı ola bilər. Ona görə də güman edirəm ki, onlar artıq kiçik qruplarl Dneprin sol sahilinə necə keçməyə cəhd göstərmək və qısa müddət ərzində daha çox sağ qalmağı təmin etəmək haqda  düşünürlər”, – deyə ekspert yekunlaşdırıb.

 

“UNİAN”-ın daha əvvəl xəbər verdiyi kimi, iyulun 19-da Ukrayna hərbçiləri işğal olunmuş Xersonda şəhəri Dnepr çayının sol sahili ilə birləşdirən Antonovski körpüsünü vurub.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button