“Bəstəkarlar məndən soruşur ki, sən notu bilmirsən, necə musiqi yaradırsan?”

“İndi bəstəkarlar var, məndən soruşurlar ki, “Aftandil, sən notu bilmirsən, necə musiqi yaradırsan?” Hamı mat-məhtəəl qalıb ki, Aftandil necə notsuz bu zirvəyə gəlib çıxıb?! Bu da şərəfdir. Mənə elə gəlir ki, bu fitri istedaddır. Bir də görürsən gecə saat 3-4 dür, ayağa durub otururam piano arxasına, mahnını tez ifa edirəm. Bu məqamda ailəmdən kimsə yuxudan durur, onu çəkir. Onu çəkməsən, itib-batacaq. 3-cü kursdan universiteti yarıda buraxıb, qarmona gəlmişəm. Peşman deyiləm, mən bu alətimlə Kolumbiyaya kimi gedib çıxmışam. Təhsil yaxşı bir şeydir, hər kəsin bəxti həyatda mənimki kimi gətirmir”

 

Bunu Moderator.az-a Xalq artisti Aftandil İsrafilov deyib.

 

 

“Gənclərin bir çoxu öyrənmək istəyir, yanıma gəlib-gedirlər, maraqlanırlar. Bir çoxları isə deyir ki, “mən hər şeyi bilirəm, öyrənməyə ehtiyacım yoxdur”. Onların qəlbləri düz deyil. Orxan Mirnatiqoğlu gəlir, məndən öyrənir. Ənvər Sadıqov da bəyəndiyim ifaçılardandır. Mənim bir neçə musiqimi ifa edib. Birini də yaxşı ifa etməmişdi, zarafatca ona dedim ki, “Ənvər, korlamısan bu yerini” (gülür). Dedi ki, “Aftandil müəllim, vallah belə eşitmişəm”. Sən demə başqa adamdan eşidib, məndən yox. Dedim ki, nə vaxt istəsən gəl göstərim sənə, oranı düzəlt. Dedi ki, mütləq vaxt edib gələcəm” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button