Ukrayna ordusu Xersonun daha 2 kəndini tam azad etdi

Ukrayna hərbçiləri, nəhayət, Xerson vilayətindəki Andreyevka və Lozovoye kəndlərini Rusiya işğalçılarından təmizləyiblər.

 

Moderator.az xəbər verir ki, “UNİAN”-ın yazdığına görə, bu barədə “Cənub” Əməliyyat Komandanlığının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb.

 

Ukrayna aviasiyası yerüstü hücum təyyarələri, bombardımançı təyyarələr və helikopterlərdən istifadə etməklə düşmənə 4 zərbə endirib. Düşmənin Andreyevka, Beloqorka və Blaqodatnı  kəndlərindəki dayaq məntəqələri vurulub.

 

“Beləliklə, Andreyevka azad edildi və rus işğalçı qoşunlarından tamamilə təmizləndi. Bir neçə gün əvvəl qoşunlarımızın öz mövqelərini etibarlı şəkildə möhkəmləndirdiyi Lozovoye kimi!” – paylaşımda belə deyilir.

 

Gün ərzində raket və artilleriya bölmələri Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinin əsas nəqliyyat arteriyalarında atəşə nəzarəti təmin etmiş, ümumilikdə 300 atəş tapşırığı yerinə yetirilmişdir.

 

Düşmənin təsdiqlənmiş itkiləri: 89 rus işğalçısı, bir “T-62” tankı, “Msta-S” və “Msta-B” özüyeriyən haubitsaları, “Sani” minaatan sistemi, iki zirehli və altı avtomobil texnikası. Beloqorovkada düşmənin bir sursat anbarı məhv edilib…

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button