Zabuxda daşnak Andranikə cangüdənlik edən Putin əsgəri…-Nə demək istəyirsən?..

“Biz onun düşündüyü ilə razılaşsaq, Qarabağ, Şuşa, Laçın, Kəlbəcər gec-tez yenidən işğal olunacaq…”

 

Fotoda gördüyünüz əlində su dolu vedrə tutan və arxasında təpədən-dırnağa silahlı Rusiya hərbçisinin dayandığı məxluq kimdir, bilirsiz?.. 2014-cü ildən Livandan gəlib  Azərbaycan Respublikası Laçın rayonunun Zabux kəndində qanunsuz sülənən  “Daşnaksütyun” üzvü  Andranik Çavuşyan… 

 

O, Suriyanın Qamışlı şəhərində anadan olub. Guya dədə-babası oraya 1915-ci ildə Türkiyədən qaçıb gəlib. 1994-cü ildən A.Çavuşyanın ailəsi Livana köçüb… 2016-cı ilin aprelində bu daşnak dığa Azərbaycana qarşı döyüşlərdə fəal iştirak edib… Deməli, həm də terrorçudur… 2019-cu ildən isə Livan erməni sahibkarlarının 100-ə yaxın yeni ev tikib “Axavno” adlandırdıqları Zabuxda “mer” seçilib…

 

2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasından bəri xalq qəhrəmanı Sultan bəyin elə bu Zabux dərəsində qoşununu darmadağın edib arvad paltarında qaçmağa vadar etdiyi qulağı kəsik hay generalının bu qudurmuş adaşı əlində silah Azərbaycana qarşı kəskin çıxışlar edir: 

 

“Biz buradan çıxmayacağıq. Bura bizim vətənimizdir. Rusiya hərbçiləri də gəldi, silahımızı vermədik… Azərbaycan əsgəri bu kəndə girsə, onun başını daşla əzərəm…” Və s. və i.a.

 

Amma alternativ Laçın yolunun istifadəyə verilməsindən sonra Laçın şəhəri kimi Zabux kəndinin də boşaldılaraq Azərbaycan ordusuna təhvil veriləcəyi haqda söhbətlərin intensivləşdiyi ötən ay bu Andranik gördü ki, istər Xankəndindəki xunta, istərsə də İrəvandakı işğalçı dövlətin Zabuxda sülənən haylara sahib çıxmaq fikri yoxdu, başladı  tülkülənməyə ki, biz buradan çıxmırıq və Azərbaycanın nəzarəti altında yaşamağa razıyıq…

Bəs bu daşnak və terrorçu Andranikin arxasında durub, hayların  “Vardavar”(su çiləşmə) bayramında ona gerçək cangüdənlik edən Putin əsgəri nə demək istəyir? Demək istəyir ki, Laçın şəhəri kimi  Zabuxdan da hayların çıxarılmasına imkan verməyəcəyik, onların dalında biz dayanmışıq?  Bəli, Kreml, Putin rejimi məhz o fikirdədir. Çünki hələ 2021-ci ilin iyulun sonlarında yaydığımız xəbərdə Rusiya MN-in saytındakı informasiyada “sülhməramlıların Laçında və Zabuxdakı yerli sakinlərə(yəni ermənilərə-S.L.) yardım çatdırması” bildirilmişdi…

 

Fəqət, Azərbaycan dövləti, Azərbaycan vətəndaşları, illah da Laçın şəhəri və Zabux kəndinin köklü sakinləri olan didərgin soydaşlarımız Putin əsgərinin düşündüyü ilə  razılaşacaqmı?.. 

 

Xeyr, qətiyyən! Əsla! Tezliklə  bu işğalçı əsgərlər Ukraynadan çıxdıqları kimi Qarabağdan, Laçından, Zabuxdan da çıxmalıdırlar ki, o torpaqların əsl sakinləri öz doğma yurdlarında daimi məskunlaşsın…

Əks təqdirdə, yəni biz Putin əsgərinin düşündüyü ilə razılaşıb Laçın şəhəri, Zabux, Sus, Ağanus, Turssu, Kərəvuz, Qarıkaha kəndlərinin Rusiyanın himayəsindəki hayların nəzarətində qalmasıyla barışsaq, Qarabağ, Şuşa, Laçın, Kəlbəcər gec-tez yenidən işğal olunacaq…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button