“Əsas olan səfirin nə deməsi yox, bizim bir dövlət kimi nə deməyimiz və nə etməyimizdir…”

“ABŞ-ın Ermənistandakı səfirinin bəyanatları Ermənistanı Vaşinqton tərəfinə çəkmək üçün deyilən sözlərdir…”

 

İyulun 25-də ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan dövlət başçısı ilə növbəti telefon danışığı oldu. Ağ Ev rəsmisi  Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini bildirdi… Lakin bu yandan da ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi mütəmadi olaraq müəyyən ikibaşlı çıxışlar edir, Qarabağ münaqişəsinin mövcudluğundan, həll olunmamasından, Minsk qrupunun yenidən canlandırılmasından dəm vurur. Bunu necə dəyərləndirmək olar?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən  İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı bunları söyləyib:

 

“ABŞ hər zaman dövlət maraqları çərçivəsində Qarabağ məsələsinin bitməsini istəyib və Azərbaycana dəstək verib. Həmin dəstək əsasən Türkiyə üzərindən edilib. Amma Ermənistan da 10 noyabr 2020-ci ildən sonra Amerika üçün Qafqaz  siyasəti baxımından önəmli olkə olub. Çünki Fransa da  Ermənistan üçün önəmli siyasi diplomatik islər görür.  ABŞ-ın Ermənistandakı səfirinin bəyanatları Ermənistanı Vaşinqton tərəfinə çəkmək üçün deyilən sözlərdir. Əsas olan səfirin dediyi sözlər yox, ABŞ dövlətinin nə deməsidir.  Bəs  Ağ Ev səfirə niyə icazə verir belə sözlər desin? Səbəb hazırda diplomatik oyunlar getməsi və qeyd etdiyim kimi, Fransa səfirinin də Ermənistanı yanına çəkmək üçün oxşar çıxışlar etməsidir. Ona görə də  bu siyasi-diplomatik oyunlarda Azərbaycan düzgün gedişlər etməlidir. Xarici ölkə səfirinin Qarabağ, Zəngəzur haqda nə deməsi əsas deyil. Əsas olan bizim Azərbaycan dövləti olaraq nə deməyimiz və nə etməyimizdir”.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button