“Ad günümdə çox kövrəldim, çünki ilk məni Baloğlan Əşrəfov təbrik edirdi”

Bu gün sevilən və tanınmış müğənni Nazənin Salayevanın doğum günüdür. 

 

Moderator.az-a açıqlama verən sənətçi doğum günlərini çox sadə şəkildə qeyd etdiyini bildirib.

 

“Dəbdəbəli doğum günlərini sevmirəm, hər il öz ailəmlə birlikdə bu özəl günü qeyd edirəm. Bu il daha çox sevinc içərisindəyəm. Çünki nəvəm Avropada universitetə qəbul oldu, bu mənə nəinki ad günümdə, həmçinin il ərzində ən böyük hədiyyə oldu. Bu günü biz illərdir ki, gözləyirdik. Adımı daşıyan balaca Nazənin 1-ci sinfə, digər nəvəm Rəhim isə hazırlığa gedir. Allah hamını sevindirsin. Universitetə qəbul olan tələbələrə Allah can sağlığı versin, qəbul olunmayanlara isə Allah kömək olsun. Məyus olmasınlar, inşAllah gələn il qəbul olarlar. Bu Allahın qismətidir. Allah bütün balaları qorusun, mənimkilər də onların içində. Kövrəldim ona görə ki, hər il doğum günümdə məni ilk Baloğlan Əşrəfov təbrik edirdi. Ailəmizdə isə hər zaman məni ilk təbrik edən qızım, oğlum və həyat yoldaşım olub.  Gecə saat 12:00 -ı keçən kimi təbriklər başlayır” deyə sənətçi bildirib.

 

Sənətçi hədiyyələrlə bağlı suala da cavab verib.

 

“Mənim üçün hər günüm hədiyyədir. Nə istəyirəmsə özümüm də imkanım çatır ki, özümə alım, həyat yoldaşım da alır. Mənə nə hədiyyə olunursa, nə alınırsa bunu açıb, ağardıb demək istəmirəm. Çünki o mənə, ailəmə məxsusdur, heç vaxt elə şeyləri dilimə alıb danışmamışam. Heç kimdən gözləntim yoxdur, ailəmin, dostlarımın sevgisi, diqqəti mənə kifayət edir. Əksinə, heç kimə qıymıram. Onun dərdindən heç kimi ad günümə dəvət etmək istəmirəm, çünki əllərində hədiyyə ilə gəlirlər. Düşünürəm ki, onlar bu hədiyyəyə məsrəf ediblər” deyə müğənni bildirib.

 

Biz də sevilən müğənnini təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button