“Qərb uzun illər Rusiyanın qanuni maraqlarına və narahatçılığına ciddi yanaşmayıb”

 “Rusiya Qərb ölkələrinin Kiyevə silah tədarükünün artırılmasına sərt cavab verməyə hazırdır…”

 

“Rusiya prezidentinin qarşıya qoyduğu məqsəd və vəzifələrə, heç şübhəsiz, nail olunacaq…”

 

“Kiyevdəki nasist-narkoman xunta Qərbin ayırdığı pul axınlarını həzm-rabedən keçirməyə ümid edir…”

 

ATƏT-in Forumunda Rusiya nümayəndəsi Qərbi ittiham və təhdid edib

 

Rusiya diplomatiyasının yeni “ixtirası”: Rusiya XİN Ukraynada “antitarixi rejim”dən danışıb…

 

Rusiya Ukrayna xalqına Kiyevin “antitarixi rejimi”ndən qurtulmağa kömək edəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə ATƏT-in əməkdaşlıq və beynəlxalq təhlükəsizlik üzrə Vyanada keçirilən Forumunun plenar iclasında Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bəyan edib. Çıxışın mətni Rusiya XİN saytında dərc edilib.

 

Onun sözlərinə görə, hazırda Kiyevdə “siyasi əclaflar Ukrayna dövlətçiliyinin bərpası mövzusu ilə manipulyasiya edərək, nasist-narkoman xuntaya Qərb ölkələrinin ayırdığı pul axınlarını həzm-rabedən keçirməyə ümid edir”.

 

Bu zaman Qavrilov məlumat verib ki, Rusiya Kiyəvə silah tədarükünün artırılmasına cavab olaraq “sərt cavab”a keçməyə hazırdır.

 

O, qeyd edib ki, Ukraynada tətbiq edilən Qərb silahları və texnikasının Rusiya vətəndaşlarına təhlükə törədir.

 

“Belə şəraitdə biz neonasistləri Kiyev tərəfindən tətbiq edilən raket komplekslərinin uçuş məsafəsinə uyğun olaraq öz sərhədlərimizdən kənarlaşdıracağıq. Sonra baxarıq”, – diplomat belə deyib.

 

Bundan başqa, o, forum iştirakçılarını “ATƏT ölkələrini “yararlı” və “yararsız” ölkələrə bölməkdən, öz tələblərini sırımaqdan vaz keçməyə və diktə tonunu aşağı salmağa çağırış edib.

 

“Qərb Ukraynada xüsusi hərbi əməliyyatın səbəbinin Rusiya Federasiyasının qanuni milli maraqlarını uzun illər ərzində nəzərə almaqdan imtin edilməsi olduğunu etiraf etməkdən imtina edir.

 

Bizim narahatlığımıza ciddi yanaşılmayıb. NATO-nun hərb maşını Rusiya sərhədlərinə bilavasitə yaxınlaşıb. Bunun nəticəsində biz öz suverenliyimizi və təhlükəsiz gələcəyə hüququmuzu başqa vasitələrlə müdafiə etməyə başlamağa məcbur olmuşuq”, – Qavrilov deyib və vurğulayıb ki, Rusiya prezidenti tərəfindən qarşıya qoyulan məqsədlərə və vəzifələrə, heç şübhəsiz”, nail olunacaq.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button