“Bölgələrdə icra hakimiyyəti sisteminin dəyişilməsi günün tələbidir…”

“Hesab edirəm ki, icra hakimiyyətləri ləğv olunaraq vilayətlər və valilik sisteminə keçirilməlidir…”

 

Neçə illərdir ki Azərbaycanda bölgələrdə icra hakimiyyəti sisteminin dəyişilməsi və onların bütün funksiyalarının yerli özünüidarəetməyə, yəni bələdiyyələrə verilməsi məsələsi ictimaiyyətin müzakirə mövzularından biridir. Görəsən,  belə bir islahat keçirilərsə, bu, korrupsiya və məmur özbaşınalığının da minimal həddə enməsinə təsir göstərərmi?..

 

Milli İstiqlal Partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:
 

“Bu, çox vacib məsələdir. Və günün tələbidir ki, bu idarəçilik forması, yəni icra hakimiyyəti sistemi dəyişsin. Hesab edirəm ki, icra hakimiyyətləri ləğv olunaraq vilayətlər və valilik sisteminə keçirilməlidir. Valilər də yerli idarəetmə qurumlarının fəaliyyətinin qanunlara uyğunluğuna nəzarət etməlidir. Qalan məsələ və funksiyalar isə yerli hakimiyyətlərə, yəni bələdiyyələrə verilməlidir. Bələdiyyələrin səlahiyyəti artırılmalıdır.  Onlar seçkili olmalıdır. Eyni zamanda fəaliyyətləri də şəffaf olmalıdır ki, ictimai nəzarət də mümkün olsun…”

 

Sultan  Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button