“İndi mən öz liderini bir şilləyə satan adamın sözünə münasibət bildirməliyəm?…”

“Ümid” partiyasının sədri İqbal Ağazadə “Qaynarinfo”-ya açıqlamasında AMİP lideri Etibar Məmmədovun guya koalisiya yaratması və rəhbərlik etdiyi partiyanın da orada yer alması ilə bağlı yayılmış müzakirələrə münasibət bildirərkən belə deyib:

 

“Etibar Məmmədov mənim üçün 1988-1990- cı illər xalq hərəkatında və AMİP-in rəhbəri olmuş bir adamdır, tarixdir, bitib, vəsaalam. Etibar Məmmədov yeni tarixdə nə gəzir? İndi 2022-ci il – yeni dövrdür. Bu dövrdə Etibar Məmmədov yoxdur. Bitib, çıxıb gedib”

 

Moderator.az-ın ““Ümid” rəhbərinin bu fikirlərinə münasibətiniz necədir?” sualını  Etibar Məmmədov bu cür cavablandırıb:

 

 “Deyib deyib də… İndi mən nə etməliyəm… O kimdir ki, mən onun sözünə münasibət bildirəm. “Öz liderini bir şilləyə satan adamın sözünə nə münasibət bildirəcəm…” 

 

Sultan Laçın

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button