“Rusiya ukraynalı əsirlərin zindanına “HİMARS” hücumu ilə bağlı açıq yalan danışır…”

“Ruslar Donbasdakı Yelenovkada(ukr. Olenivka) ukraynalı hərbi əsirlərin olduğu həbsxanaya “HİMARS” raket hücumu ilə bağlı açıq-aşkar yalan danışırlar. Yanğından baş vermiş zədələr bu yaylım atəşli raket sisteminin iş prinsipinə xas deyil.

 

 Moderator.az “UNİAN”a istinadla  xəbər verir ki,  ABŞ Müharibə Tədqiqat İnstitutunun (“ISW”) analitikləri iyulun 29-da hazırladıqları hesabatda bu qənaətə gəliblər.

 

“Kremlin dəstəklədiyi nəşrlər istintaq təcridxanasının yanğından zərər çəkdiyini göstərən videoları dərc edir. Lakin “HIMARS” tərəfindən vurula bilənlər göstərilmir”, – hesabatda belə deyilir.

 

İnstitutun ekspertləri onu da qeyd ediblər ki, Rusiya təbliğat resursları “HIMARS” raketinin fraqmentlərinin görüntülərini dərc etsə də, bu fraqmentlərin məhz Yelenovkadakı koloniyanın ərazisində tapıldığına dair heç bir sübut yoxdur.

 

Analitiklər Yelenovkada ukraynalı məhbusların qətliamının daha ətraflı təhlilini daha sonra dərc etməyi vəd ediblər.

 

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda belə deyilir:

“…Ukrayna hərbi əsirlərinin, o cümlədən “Azov” birləşməsi yaraqlılarının saxlanıldığı istintaq təcridxanasına Amerikanın “HIMARS” reaktiv yaylım atəşi sistemindən raket hücumu həyata keçirilib. Raket zərbələri nəticəsində 40 ukraynalı hərbi əsir ölüb, 75 nəfər isə yaralanıb. Bundan başqa təcridxananın 8 əməkdaşı da yaralanıb…”

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button