“Deyirlər ki, sənət adamları üzlü olur, amma mən çox utancağam…”

“Həyatda tanınmışlığımdan, simamdan, mənə olan hörmətdən heç vaxt istifadə edə bilməmişəm. Deyib, gülüb danışanam, amma üzlü insan deyiləm. Bəzən deyirlər ki, sənət adamları üzlü olur, amma mən bu barədə hələ də utancağam. Bu cür doğulmaq lazımdır. Bu bəlkə də mənim pis tərəfimdir, bəlkə də yaxşı tərəfim. Elə insanlar var ki, adından, simasından necə lazımdırsa istifadə edirlər. Bir şeyi düşünmürəm ki, bu tanınmışlıq da hər dəfə olmayacaq. Hər sənət adamının müəyyən bir parlaq vaxtı var. Hər aşiqin bir dövranı var. Bilirəm ki, bu mənim xeyrimə deyil. Həyatda ümumiyyətlə heç nədən istifadə etməmişəm, təmənna güdməmişəm. Nə dostluqda, nə də sevgidə”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib. O, daha sonra əlavə edib.

“Bəlkə də mənim elə pis cəhətim odur ki, mən pislik etməyi bacarmıram. Çox təəssüflər olsun. Mən pislik etmədiyim halda həmin pisliyi mənə edirlər. Düzdü, bu sözü hamıya şamil etmirəm. Mehribanlığı xoşlayıram, nəinki pislikləri. Həmişə də demişəm ki, pislik etməyə nə var ki? Bir insanı acıla, birinə kobud söz de! Sənə qarşı bir insanın münasibəti yaxşıdırsa, niyə ona pislik edəsən ki? Zaman yerində durmur, sürətlə gedir. Həyatımda nələr baş veribsə hər zaman deyirəm ki, bu mənim alın yazımdır və hər günümə şükürlüyəm” deyə aktrisa bildirib.

 

Aktrisa yay istirahəti ilə bağlı sualı da cavablayıb.

 

“Hələ ki, istirahət haqda düşünmürəm, çünki vaxtım yoxdur. Toylara, verilişlərə dəvət alıram, şəhərdən kənara çıxa bilmirəm. Avqust ayında harada alınsa, orada da istirahət edəcəyəm” deyə Sonaxanım Əliyeva bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button