“Yenidən Ermənistanla müharibə olacağını gözləmirəm”

“Azərbaycan və Ermənistan arasında 3-cü müharibənin olacağını gözləmirəm. Amma Ermənistan sülh proseslərini gecikdirməklə Azərbaycanın səbrini tükəndirməkdən də çəkinməlidir. 

 

Bunu Moderator.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

 

Ədalət Verdiyev qeyd edib ki, müharibənin baş verməsi üçün Ermənistanın müqavimət potensialı mövcud olmalıdır: “Ermənistan hazırda müharibədən əvvəlki potensialının təxminən 50 faizinə malikdir. Azərbaycan ordusunun potensialı isə müharibədən əvvəlki müddətdən iki dəfə daha yüksəkdir. Bu halda Ermənistanın müharibə edə biləcək potensialı yox dərəcəsinə yaxın dəyərləndirilir. Lakin antiterror, təmizləmə və ya cəzalandırma əməliyyatlarının keçirilməsini istisna edə bilmərik. 

Hərbi ekspert fikirlərinə əlavə edərək bildirib ki, məsələ ilə bağlı internetdə müxtəlif müzakirələr gedir. Biz, ilk növbədə, baş verən proseslərə Azərbaycanın sülh tərəfdarı olmasını da vurğulamalıyıq. Biz ictimaiyyət olaraq Ermənistan tərəfindən müsbət addımların atılmasını və erməni silahlılarının Qarabağ ərazisindən çıxarılmasını Zəngəzur dəhlizinin açılması və azərbaycanlı vətəndaşlarımızın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə qayıtmasını gözləyirik. Lakin indiki vəziyyətdə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Odur ki, hər an hər şey ola bilər, lakin bu, Azərbaycandan yox, Ermənistanın davranışlarından asılıdır. Onlar üzərinə götürdükləri öhdəlikləri yerinə yetirərlərsə, əməliyyat keçirilməsinə də zərurət qalmaz. İstənilən halda Ermənistan tərəfi imzaladığı şərtləri zor gücünə və ya xoşluqla yerinə yetirməyə məcbur olacaq.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button