“Bacım şərəfli yerdə dəfn olunmadı, hasarı belə qoymaq üçün yer olmayan ərazidə dəfn etdik”

“Tik-tok” sosial şəbəkəsində xalq artisti, sevilən aktrisa Gülşən Qurbanovanın məzarının baxımsız olması ilə bağlı görüntülər yayılıb. Aktrisanı sevənlər, pərəstişkarları yayılan videoya görə məyus olduqlarını bildiriblər.

 

Moderator.az olaraq məsələni araşdırmaq üçün aktrisanın bacısı, Əməkdar incəsənət xadimi, kino rəssamı Firəngiz Qurbanova ilə əlaqə saxladıq. 

“Bacım şərəfli yerdə dəfn olunmadı. Onu ümumi qəbirstanlıqda, yol üstə hasarı qoymaq üçün yer olmayan ərazidə dəfn etdik. Hər cür murdar şeyləri çap edənlər, əzizlərinin məzarına baxsınlar. Əgər bacımın pərəstişkarları-foto çəkənlər, Gülşənin dəfn olunduğu yerdə bir dəfə də olsa, quru yarpaqları süpürüblərsə- bu onların xatirəsi kimi başa düşülən olardı” deyə Firəngiz Qurbanova bildirib.

 

Sənətkarın həmkarı, xalq artisti Yasin Qarayev isə aktrisa haqda yayılan şayələrə qarşıdır.

“Gülsən Qurbanova duz 16 ildir ki, dünyasını dəyişib. Və 16-ildir ki, tez-tez onun haqqında haqq-nahaq şayələr yayırlar, yazırlar. Mən başa düşmürəm bu yazanlar nəyin əyri, nəyin düz olmasını sübut eləmək istəyirlər. Olan olub, keçən də keçib də. Axı, ölənin ruhunu incitmək olmaz. Vallah olmaz! Bu kimə və nəyə lazımdır? Axı, belə hallarda  rəhmətlik tez-tez, özü də ağlar və küskün halda mənim yuxuma girir. Onun ruhunun nə qədər narahat olduğunu görürəm” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button