“Bilsəydik sizə çoxdan müraciət edərdik”

Ötən gün sevilən müğənni Sevda Əliqızı yaşadığı Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsindəki acınacaqlı vəziyyətlə bağlı saytımıza açıqlama vermişdi. O müraciətində zibil maşınlarının yaratdığı problemləri, ətrafa zibillərin atılmasını bildirirərək, yerli bələdiyyənin fəaliyyətsizliyindən gileylənmişdi.

 

“6-7 aydır ki, bələdiyyə iki böyük zibil maşınını gətirib məhəlləyə qoyub. Camaat da maşının içini zibillə doldurandan sonra, qalan zibilləri də ətrafa tullayır. Həqiqətən də zibilə düşmüşük, vəziyyət acınacaqlıdır” demişdi.

 

Moderator.az problemi işıqlandırdıqdan sonra məsələ tez bir zamanda öz həllini tapdı. Sevda Əliqızı saytımıza bu haqda danışıb və qonşular adından öz təşəkkürünü bildirib.

 

“Sizə olan müraciətimdən sonra Bələdiyyə işçiləri gəlib ərazini təmizlədi, ortalıqda qalan zibilləri isə yandırdı. Söz verdilər ki, səhər tezdən o yanan zibilləri də gəlib yığışdıracaqlar. Ən əsası isə içi zibillə dolu olan iki yük maşınının zibillərini başqa maşın vasitəsilə daşıdılar. Çünki maşınlar tam sıradan çıxıb. Düzdü, çox gec oldu, amma sağ olsunlar yenə də etdilər. Xəbəri işıqlandırdığınıza görə bütün qonşular adından sizə çox təşəkkürümüzü bildiririk. Bilsəydik sizə çoxdan müraciət edərdik” deyə müğənni bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button