“Polad Həşimovun heykəlini materiala çevirə bilmirəm, heç kim dəstək olmur, mənim də buna gücüm çatmır”

“Bursa şəhərinin bələdiyyəsi istəyirdi ki, hazırladığım Polad Həşimovun heykəli Bursada qəhrəmanımızın adını daşıyan parkda ucaldılsın. Amma onlar sonradan bildilər ki, heykəl bürünc materialında deyil. Daha sonra məsələ elə də qaldı. Heykəlin hazırkı materialı açıq havaya uyğun deyil. Yaxşı olar ki, materialı bürüncdən olsun. Kimsə materialda kömək etsə, qabağa düşən biri olsa heykəli istənilən yerdə ucaltmaq olar. Amma hələ ki, heç kim dəstək olmur, mənim də buna gücüm çatmır”.

 

Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Polad Həşimovun heykəlinin müəllifi Təbriz Soltanlı bildirib. O daha sonra əlavə edib.

 

“Heykəl bürüncdən olandan sonra onu Qəbələdə də ucaltmaq olar. Çünki qəhrəmanımız Qəbələdə doğulub. Qəbələdə bir çox parklar və mədəniyyət evləri var. Emalatxanam olmadığı üçün heykəl hələ də Rəssamlıq Akademiyasının həyətindədir. Heykəlin ölçüsü 2 metr 20 santimetrdir. Heykəli mən diplom işim kimi hazırlamışdım. Sağ olsun hörmətli rektorumuz Ömər Eldarov vəsait ayırdı, mən bunu materiala çevirdim. Yoxsa ki, indiyə qədər bu iş ortalıqda yox idi”, – deyə heykəltəraş deyib.

 

İnanırıq ki, problem saytımızda işıqlandırıldıqdan sonra öz həllini tapacaq və qəhrəmanımızın heykəli ən gözəl yerdə ucaldılacaq. Xəbəri gündəmdə saxlayacağıq…

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button