“Niyə Ermənistan tərəfi “alternativ” yolun bizim hissəsini hələ də çəkməyib?”

Cənubi Qafqaz geosiyasəti üzrə ekspert, azərbaycanşünas alim Anjela Əlibəyova Facebook səhifəsində yazıb:
“Azərbaycan Laçın dəhlizini tələb edir. Onlar “alternativ” yolun tikintisini demək olar ki, başa çatdırıblar, Ermənistan tərəfi isə bizim hissənin tikintisinə belə başlamayıb.
Yəni, 2020-ci ildə razılaşdırılan alternativ yol texniki cəhətdən mövcud deyil və Azərbaycan hazırkı dəhlizin təhvil verilməsini tələb edir. Normal insanda məntiqli sual yaranır: niyə Ermənistan tərəfi hələ də yolun bizim hissəsini inşa etməyib?
Amma sonra adam Gorus-Qafan yolu Azərbaycana təhvil verildikdən sonra yeganə əlaqə yolu olaraq qalan Tatev yolunun vəziyyətinə baxır və daha heç bir sual vermir. Düşünməyi bilən insan üçün hər şey aydın olur.