Britaniya kəşfiyyatından Ukraynada Rusiyanın 10 generalının məhv edilməsi barədə açıqlama…

Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan ukraynalı hərbçilər ən azı 10 rusiyalı generalını məhv etməyə müvəffəq olub.

 

Bununla yanaşı, Rusiya ordusunun uğursuzluqları ali zabit tərkibindən ən azı 6 rusiyalı komandirinin vəzifədən azad edilməsilə nəticələnib.

 

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

 

“2018-ci ildən Qərb hərbi dairəsinin komandanı general-polkovnik Alekdandr Juravlyov 31 iyul 2022-ci ildə Sankt-Peterburqda Rusiya Federasiyası Hərbi-Dəniz Donanması Gününün bayram edilməsində iştirak etməyib, böyük ehtimalla, onu general-leytenant Vladimir Koçetkov əvəzləyib.

 

General Aleksandr Dvornikov Ukraynada əməliyyata komandanlığa təyin ediləndən sonra vəzifəsindən azad edilib, general Sergey Surovikin  isə Cənub qoşun qruplaşmasının komandanı Gennadi Jidkonu əvəz edib”, – nazirliyin “Twitter”dəki məlumatında deyilir.

 

Britaniya kəşfiyyatçıları əmin edir ki, bunlar və Ukraynada ən azı 10 generalın həlak olması Rusiya ordusunun taktiki və operativ problemlərini pisləşdirir.

 

Xatırladaq ki, iyunun əvvəlində “DXR ordu korpusu”nun, yəni üzdəniraq “Donetsk xalq respublikası” adından vuruşan bütün Rusiya qoşunlarının komandanı olmuş general-mayor Roman Kutuzovun həlak olması bəlli olub.

 

“Dinc dövrdə” o, Ussuriyskdə yerləşən 5-ci ümumqoşun ordusu qərargahının rəisi olub.

 

Bundan öncə Hava-Desant Qoşunlarının (HDQ) rabitə alayına rəhbərlik edib, daha sonra HDQ komandanının şəxsi heyətlə iş üzrə müavini postunu tutub.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button