“Bu o demək deyil ki, Ərdoğan Rusiyanın müttəfiqinə çevrilir…”- Ekspert

“Türkiyə prezidenti R.T. Ərdoğanın son günlər Rusiyaya doğru atdığı addımlar o demək deyil ki, Türkiyə onun müttəfiqinə çevrilir. Bu, Türkiyə prezidentinin münaqişənin müxtəlif tərəfləri arasında etdiyi adi manevrdir”.

 

Moderator.az “UNİAN”a istinadla  xəbər verir ki, bu fikri informasiya telemarafonunda Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Vladimir Dubovik deyib.

 

Xatırladılır ki, bu yaxınlarda Türkiyə Rusiya qazının pulunu qismən rublla ödəməyə razılaşıb və Türkiyədə Rusiya “Sberbankı”nın “Mir” kartına çıxışı tətbiq edib.

 

“Bu, Ərdoğanın manevridir, bir addım bir istiqamətdə, ikincisi başqa istiqamətdə. Bu, müxtəlif oyunçular arasında manevr etmək cəhdidir. O, həmişə bunu edir və etməyə də davam edir”, – ekspert bildirib.

 

“Bu o demək deyil ki, Türkiyə bizi aldadır və Rusiyanın müttəfiqinə çevrilir”, – deyə Dubovik əmin edir.

 

“Əvvəla, o (Ərdoğan – “UNİAN”) özünün müttəfiqidir… Ona görə də ona faydalı olanı edəcək, sonra isə vəziyyətə baxacaq. Sadəcə, bizi çox sevdiyi üçün bizə kömək etmək – o, bunu etməz. Çünki o, çox praqmatik siyasətçidir”, – deyə  şərhçi əlavə edib.

 

Ekspert xatırladıb ki, Ərdoğan Rusiyaya qarşı sanksiyalar tətbiq etməsə də, onun Ukraynaya qarşı təcavüzünü pisləyir…

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button