“Rusiya hərbçiləri kəndə nəzarəti bir neçə dəfə artırıblar…”- Zabuxa gəlmiş Petrosyan…-VIDEO

Son günlər Laçın rayonunun Zabux kəndindən burada 30 ildir qanunsuz məskunlaşmış hayların çıxarılmasının qarşısını almaq üçün  “müqavimət” hərəkatı yaratmağa cəhd edən Ermənistan Demokratik Birlik partiyasının sədri Suren Petrosyan dünən axşam saatlarında kənddən yeni video-çağırış yayımlayıb.

 

Moderator.az xəbər verir ki, bu haqda “ArmenianReport” məlumat yayıb.

 

Əyanilik üçün hay partiya rəhbərinin çıxışının əsas hissəsinin tərcüməsini olduğu kimi nəzərinizə  çatdırırıq:

 

“Artsaxın Ağavno(Zabux-S.L.) kəndinin sakinləri kəndi tərk etmirlər, kənddə talan yoxdur. Dünən və bu gün Ağavnonun tərk edildiyi və qarət edildiyi barədə çoxlu yanlış məlumatlar yayıldı. Bütün məsuliyyətimlə bildirirəm ki, bu günə kimi Ağavnodan bir dənə də olsun ailə çıxmayıb. Heç bir quldurluq və talan yoxdur”.

 

Petrosyan rus sülhməramlılarının mövqelərini tərk etməsi ilə bağlı məlumatları da təkzib edib:

 

“Daha çoxunu deyəcəyəm; Rusiya sülhməramlıları nəinki mövqelərini tərk etməyiblər, hətta Ağavno ətrafında nəzarəti bir neçə dəfə artırıblar”.

 

O, həmçinin bildirib ki, guya ona çoxlu telefon zəngləri və məktublar gəlir ki, onlarda ermənilər  Zabuxdakı soydaşlarını dəstəkləməyə hazır olduqlarını bildirirlər. S.Petrosyan onu da qeyd edib ki, onların kəndi tərk etməmək qərarı emosional deyil, tamamilə rasionaldır.

 

“Bir daha Ağavno və Berdzoru(Laçın-S.L.) xilas etmək istəyənlərdən xahiş edirəm: gəlib bu insanlara dəstək olun”- deyə üzdəniraq Ermənistan “qəhrəmanı” çağırış edib.

 

Zəruri şərh:

 

Əlbəttə, sonda Azərbaycan ordusunun Zabuxdakı mülki ermənilərə qarşı silaha əl atmağa vadar edilməsinə və bunun bütün dünyaya nümayiş etdirilməsinə yönəlmiş bu cür hay təxribatlarının qarşısı alınacaq və daha bir  məntəqəmizi düşmənlərdən tam azad edərək onu 30 ildən çoxdur həsrətdə qalan əsl sakinlərinin qayıdışı üçün hazırlamağa başlayacağıq…

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button