“Hamının problemləri var, illərin sənətkarlarını efirlərə çağırıb, əzməyin…”

“Cavanşir müəllimin öz səhnə obrazı, görkəmi var. Onun musiqi savadı, məclisi ələ alması bir başqadır. Onun öz kürsüsü var, mənim özüm kürsüm. Mənə o illərdə bir çox xalq artistləri duet oxumaq üçün təkliflər etdilər, amma heç birini qəbul etmədim. Cavanşir müəllimi mən 70-ci illərdən tanıyırdım. İllər öncə onun xanımı ilə özü mənə zəng etdi ki, mən istərdim siz Cavanşir müəllimlə işləyəsiz. Dedim ki, əlbəttə gələrəm. Görəndə ki, Cavanşir müəllim çox zəhmətkeş, məhsuldar, işinə çox məsuliyyətlə yanaşan bir insandır, duet təklifini qəbul etdim. Bundan da əlavə onun ailəsi mənim çox xoşuma gəldi. 30 ilə yaxın Cavanşir müəllim məni qoruyub, qeyrətimi çəkib. Allah onu, ailəsini qorusun”

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. O, daha sonra gözlərindəki kədərin səbəbini açıqlayıb.

“Dəyərli şairimiz Nüsrət Kəsəmənlinin bir şeiri var. “Biri var idi, biri yox”. “Biri var idi, biri yox” məni bütün ömrü boyu həyatımda əhatə edib. Həyatım belə davam edib. Buna rəğmən mən Allaha həmişə şükür etmişəm. Bizim evdə də biri var idi, biri yox. Bu kədər həmişə məni müşahidə edib. Atasızlıqdan əziyyət çəkmişəm, gözüm hər zaman qapıda qalırdı. Həyat elə gətirmişdi ki, mənə anam baxırdı. Mənim anam mərd, qürurlu bir qadın idi. Qadın simvolu deyəndə gözümün önünə anam gəlir. Çox güclü xanımam, yıxılan kimi həmən qalxıram. Amma məni aldatmaq asandır, mən isə heç kimi aldatmıram” deyə müğənni bildirib.

 

Sənətkar bəzi efirlərdən gileylənib.

“Mən hər zaman demişəm ki, bu xalqın sənətkarıyam. Hər zaman böyük hörmətlə verilişlərə dəvət edirlər, biz də gedirik. Təbii ki, bu bizim onlara, xalqımıza olan hörmətdən dolayıdır. Amma bəzi verilişlər var ki, müğənnini dəvət edib, əzirlər. Bu axı sənin sənətkarındır. Onlardan xahiş edirəm, illərini sənətə həsr edən, illərin sənətkarlarını əzməyin. Hamının problemləri var, amma mən tamaşaçı qarşısına problemlə çıxmaq istəmirəm. Verilişlərdə sənətdən, musiqidən danışın, problemlərdən yox” deyə müğənni bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button