ABŞ Moskvaya pilotsuz uçuş aparatlarını tədarük etdiyinə görə İranı hədələdi…

“Biz həm Rusiya, həm də İranın silah ticarəti ilə bağlı ABŞ-ın bütün sanksiyalarına əməl edəcəyik…”

 

Birləşmiş Ştatlar həm Rusiya, həm də İrana qarşı Tehranın pilotsuz uçuş aparatlarını (PUA) tədarük edəcəyi təqdirdə müxtəlif sanksiyalar mexanizmlərindən fəal şəkildə istifadə etmək niyyətindədir.

 

Moderator.az xəbər verir ki, bu barədə jurnalistlər üçün ənənəvi brifinq zamanı Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Vedant Patel məlumat verib. Məlumatı Rusiyanın SİTA federal informasiya agentliyi yayıb.

 

“İcazə verin aydın şəkildə ifadə edim: biz həm Rusiya, həm də İranın silah ticarəti ilə bağlı ABŞ-ın bütün sanksiyalarına fəal surətdə əməl edəcəyik. Sizin xatırladığınız bu cür tranzaksiyalar potensial olaraq ABŞ-ın çoxsaylı normativ-hüquqi aktları çərçivəsində sanksiyalar, o cümlədən konkret olaraq Rusiya ilə bağlı sanksiyalar altına düşür”, – diplomat Moskvanın Tehrandan PUA-lar əldə etməsi gümanını şərh edərkən deyib.

 

“Biz həmçinin bəyan etmişik ki, Rusiyanın rəsmi nümayəndə heyəti bu yaxınlarda nümayişkaranə olaraq İran istehsalı olan zərbə variantında tətbiq edilə bilən PUA nümunəsini əldə edib. Biz təsdiq edə bilərik ki, son bir neçə həftə ərzində Rusiyanın rəsmi şəxsləri İranda PUA-ların verilməsi razılaşması çərçivəsində hazırlıq keçib”, – Patel qeyd edib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button